adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Sentyabr 2019 12:20
15368
GÜNDƏM
A- A+

Allahşükür Paşazadə: Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır

Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır.

Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, bu gün zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmir: "Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası təşkil olunsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir".

Şeyxülislam qeyd edib ki, hazırda Azırbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir: "Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu savab işdir. Vətən uğrunda həlak olan bütün şəhidlərimizə də başsağlığı verirəm".