adalet.az header logo
  • Bakı 16°C
10 Sentyabr 2019 11:41
49348
MƏDƏNİYYƏT
A- A+

Sami Yusuf Nəsiminin “Sığmazam“ qəzəli əsasında kompozisiya hazırlayıb - VİDEO

Azərbaycan əsilli tanınmış musiqiçi Sami Yusuf dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiyası hazırlayıb.

Kompozisiya Nəsimin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.

Kompozisiyanın musiqi direktoru və bəstəkarı Sami Yusuf, prodüser və rejissoru Andrey Boltenkodur.

Kompozisiyanıxalq çalğı alətləri ansamblınınmüşayiəti iləxor kollektivi ifa edir.

Kompozisiyada "Şur" muğamındandaistifadə olunub.

Solistlər Sami Yusuf, Azərbaycanın əməkdar artisti Təyyar Bayramov və Əməkdar mədəniyyət işçisiSamirə Əliyevadır.