adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
10 Sentyabr 2019 11:36
15505
GÜNDƏM
A- A+

"Dəmiryoldakı inkişafı bütün ölkə əhalisi hiss edəcək" - VİDEO

Son 3-5 ildə Azərbaycan Dəmir yollarında ciddi dəyişikliklər olub xarici mütəxəssislər Asiya İnkişaf Bankının "Azərbaycan Dəmir Yolları” QSC-da aparılan islahatlarla bağlı verilən müsbət rəyi və səbəbləri şərh ediblər. O, bildirib ki, Azərbaycan Dəmiryolları hazırda müasir loqistika şirkəti kimi regiondan keçən nəqliyyat dəhlizlərində mühüm tərəfdaşa çevrilib.

"Təşkilat son 3 il ərzində dəyişilib. 3 il əvvəl Azərbaycan Dəmir Yolları köhnə tipli, sovet üslubunda idi. Bu illər ərzində islahatlar təşkilatın bazarın və müştərilərin maraqlarını nəzərə alacaq şəkildə formalaşması ilə başladı. Bütün bu nailiyyətlər daxildəki islahatlarla əldə olunub”.

"Bura ilə Sumqayıt arasında olan sürətli qatar yeni qatarlardır. Qısa zamanda yarmada ətrafında da hərəkət edəcək. Bu yeni avadanlıqların istifadəsindən xəbər verir. Bu qatarlar eyni zamanda orta məsafəli dəmir xətti üzrə Gəncəyə hərəkət edəcək. Gələcəkdə daha çox hədəfləri yerinə yetirməyi planlaşdırırıq”.

Mütəxəssislər hesab edirlər ki, dəmiryolları sahəsində inkişaf kifayət qədər nəzərəçarpandır. Şirkət bazarın tələblərinə uyğun işini qurur. Ən əsası, islahatlar zamanı vətəndaşların sosial rifahı əsas götürülür. Bununla belə, görüləcək zəruri işlər də var.

"Şəbəkə daha da genişlənəcək. Yeni qatarlar, lokomotivlər üçün investisiya proqramı icra olunur. Türkiyəyə yeni dəmir yolu xətti nəzərdə tutulub. Daha bir neçə regional nəqliyyat xidmətləri də planlaşdırırıq. Bunu təkcə Bakı əhalisi deyil, bütün ölkə əhalisi hiss edəcək. Azərbaycan dəmir yollarının yükdaşımasında da danışmaq olar. Bu xidmətində böyük sosial təsiri var. Daha az dəmir xətti ilə ekologiya daha az təsir etməsi, loqistika sahəsində daha çox biznes imkanı yaratması ilə Azərbaycan dəmir yollarının loqistik xidmət təminatçısı kimi ümumi inkaşfı Bakıya, Azərbaycana yeni nəqliyyat imkanlarının gəlməsinə imkan yaradacaq”.

Mütəxəssislər islahatlar prosesində vəsaitin düzgün istiqamətdə xərlcənməsindən də danışıblar.

"Xərclərlə bağlı mən də aspekt əlavə etmək istərdim. Bütün dünyada bəllidir ki sərnişindaşıma xidməti xüsusilə regional səviyyədə gəlirli işləmir. Ona görə də Azərbaycan dəmir yollarının dövlət dəstəyinə ehtiyac var. Yükdaşımalar gəlir gətirməlidir. Sərnişindaşıma xidməti əgər genişlənərsə bu yükdaşıma xidmətindən əldə olunan gəlirlə deyil. Dövlət subsidiyaları hesabına təmin edilməlidir. Hazırda bu cur subsidiyalar həm də infrastruktur layihələri ilə əlaqədar Maliyyə Nazirliyi ilə danışıqlar gedir”.

Dəmiryollarında elekrtik enerjisinə qənaət məsələsi barədə də danışılıb. Bildirilib ki, aparılan islahatlar nəticəsində enerji sərfiyatını maksimum həddə məhdudlaşdırma üzərində də iş gedir.

"Eletkrik qatarı dizel qatarı ilə müqayisədə daha az enerji sərf edir. Çox səmərəlidir. Bir elektrik qatarı avtomobil yolunda 20 yük avtomobil daşıya bilər . O deməkdir ki, qatarın sərf etdiyi elektrik enerjisi bizim sahib olduğumuz ən səmərəli insanları və məhsulları daşımaq üçün ən ucuz enerjidir”.

"Bu yeni eletrik lokomotivlərini qatarlarının alstomdan alınması vacib addımdır. Rusiya dönəmindən qalan köhnə qatarlarla müqayisədə enerji sərfiyyatı baxımından yeni lokomotivlər daha sərfəlidir. Biz bütünlüklə dəmir yol şəbəkəsi o cümlədən yükdaşımaları əhatə edən zaman cədvəli tətbiq etmişik. Bu bizim müxtlif qatarların hərəkətini qiymətləndirməyə imkan verir”.

Mütəxəssislər bidirirlər ki, dəmir yolu sektorundakı islahatlara görə "Azərbaycan Dəmir Yolları” QSC-ni regionun lideri hesab etmək olar. "ADY-nin daimi olaraq effektivliyin artırılmasına istiqamətlənməsi yüksək qiymətə layiqdir və regionun digər dəmir yolları agentlikləri üçün mühüm təcrübədir. (realtv)