adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Sentyabr 2019 17:36
8774
MƏMLƏKƏT
A- A+

Heyvanın daxili orqanlarını təmizləyib satan sexdə iyrənc mənzərə - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 307 a ünvanında fəaliyyət göstərən fiziki şəxs Zeynalov Əkbər İbrahim oğluna məxsus müəssisəyə baxış keçirilib.

Baxış zamanı məlum olub ki, sexdə iri və xırdabuynuzlu heyvanların dərisinin qəbulu, ilkin emalı, tədarükü və daxili orqanlarının təmizlənməsi prosesi texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət olunmadan həyata keçirilir.

Aşkar olunub ki, müəssisədə iri və xırdabuynuzlu heyvanların dərisinin ilkin emalı zamanı baytarlıq-sanitariya qaydaları kobud şəkildə pozulur, heyvanın dərisinin qəbulu və daşınması baytarlıq şəhadətnaməsi olmadan həyata keçirilir.

Sexdə emal edilən məhsulların və xammalın sağlam təsərrüfatlardan qəbulu şübhə doğurduğundan və sözügedən müəssisədə yoluxucu xəstəlikərin ətraf mühitə yayılma riski yüksək olduğundan aşkarlanan nöqsanlar aradan qaldırılana qədər müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.