Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq Adalet.az | Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

2988    |   2019-09-09 15:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yerli (bələdiyyə) vergi və ödənişlər Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılmış "Hökumət Ödəniş Portalı”na (HÖP) inteqrasiya olunmuş 30 bank və "Azərpoçt” MMC-nin 2 500-dən çox filial və şöbələrində, 1 300-ə yaxın ödəniş terminalında istənilən vasitələrlə, o cümlədən nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən ("Android” və iOS platformalı) istifadə etməklə isə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparıla bilər.

Bu barədə AMB-dən bildirilib.

Bankdan verilən məlumata görə, HÖP-ün infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri çərçivəsində uzun müddətdir ki, yerli vergilər və ödənişlərin toplanılması imkanın yaradılması istiqamətində işlər davam etdirilirdi. Bu istiqamətdə Prezident Administrasiyasının dəstəyi ilə Azərbaycan şəhər, kənd və qəsəbə bələdiyyə assosiasiyaları ilə birlikdə görülən işlər başa çatdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yaradılmış "Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi” HÖP infrastrukturuna inteqrasiya olunub. İlkin mərhələdə ölkədə mövcud olan 1 607 bələdiyyə orqanlarından 700-dən çoxu üzrə vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edilib. Yaxın dövrlərdə yerli bələdiyyə orqanları ilə "Bələdiyyələrin Onlayn Xidmət Mərkəzi" tərəfindən həyata keçirilən birgə tədbirlər çərçivəsində digər bələdiyyə orqanları üzrə vergi ödəyiciləri haqqında məlumatların mərkəzi informasiya sisteminə daxil edilməsi başa çatdırılacaq və ölkənin bütün regionlarında ödənişlərin qəbulu təmin ediləcək.

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr tərəfindən təqdim edilən "Yerli Vergi Ödəyicisinin Kodu” (YVÖK) istifadə edilməlidir. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət etməklə əldə edə bilərlər.

Qeyd edək ki, hazırda bu infrastruktura 12 mərkəzi icra hakimiyyəti orqanı (Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi), 4 kommunal xidməti müəssisəsi ("Azərsu” ASC, "Azərişıq” ASC, "Azəristiliktəchizat” ASC, ARDNŞ-in "Azəriqaz” İB), 5 stasionar və mobil rabitə operatoru ("Aztelekom” MMC, "Bakı Telefon Rabitəsi” MMC, "Azercell Telekom” MMC, "Azerfon” MMC, "Bakcell” MMC), Elektron Lisenziyalar Portalı, "Elektron Məhkəmə” portalı üzərindən 104 məhkəmə orqanı, İcbari Sığorta Bürosu vasitəsi ilə 14 sığorta şirkəti, Bakı Nəqliyyat Agentliyi, Əmanətlərin Sığortalanması Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət İmtahan Mərkəzi, ali təhsil müəssisələri (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti) və Milli Sertifikat Xidmətləri Mərkəzi inteqrasiya olunub. Bu gün HÖP-ə inteqrasiya olunmuş qeyd olunan qurumlar üzrə ümumilikdə 550-dan çox xidmət, o cümlədən 400-dən artıq dövlət xidmətləri (vergi, rüsum, icarə haqqı, inzibati cərimələr və s.) üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması təmin olunur.




İmza:

Nazir müavini: 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK