adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Sentyabr 2019 15:46
13054
SAĞLAMLIQ
A- A+

Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlandı

Azərbaycanın Sabirabad rayonunda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad sakini olan 34 və 26 yaşlı iki kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

"Həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb".

Qeyd edək ki, bundan əvvəl Sabirabadda daha iki nəfərdə qarayara xəstəliyi aşkarlanmışdı, onlardan biri dünyasını dəyişmişdi.