Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İsmayıllı sakini fəhlə kimi işlədiyi evdən oğurluq etdi Adalet.az | İsmayıllı sakini fəhlə kimi işlədiyi evdən oğurluq etdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

İsmayıllı sakini fəhlə kimi işlədiyi evdən oğurluq etdi

5389    |   2019-09-09 14:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 6-da İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1400 manat olan 2 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və az məbləğdə pulun oğurlandığı müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxsin əvvəllər həmin evdə fəhlə olaraq işləyən İsmayıllı rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş 37 yaşlı Elçin Ağayev olduğu müəyyən olunub və o, şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Dindirilmə zamanı E.Ağayev törətdiyi əməli etiraf edərək oğurladığı qızıl-zinət əşyalarını Bərdə və Qəbələ rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdığını bildirib. Oğurlanmış qızılların bəziləri həmin məntəqələrdən polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, E.Ağayevin digər cinayət əməllərində iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK