adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Sentyabr 2019 12:52
16554
SİYASƏT
A- A+

“Danışıqların uzanması şübhələrin yaranmasına rəvac verə bilməz…”

Dünən hərbi hissəyə getdim, əsgərlərimizlə görüşdüm.

Onlarla bir yerdə yemək yedik.

Bir daha Ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum.

Onlar əsl igidlərdir.

Məlum aprel döyüşlərini yaradan igidlər.

Azərbaycan fəxr edə bilər ki, belə ordumuz, belə qəhrəman əsgərlərimiz var.

Bu cangavərlərin qarşısında heç kim duruş gətirə bilməz.

Ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik, gücsüzlük kompleksini ört-basdır etməyə çalışırlar.

Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri Ordumuzla fəxr edib qürur duymaq əvəzinə Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər.

Onlara nə ad verək, bəlkə siz deyəsiniz.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın geri qaytarılması heç kimdə sübhə doğurmasın.

Münaqişəni həll etmək üçün danışıqlar prosesində iştirak etməyimiz, danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir.

Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək.

Eşq olsun Azərbaycan əsgərinə.

Əli ƏHMƏDOV,

Baş nazirin müavini