adalet.az header logo
  • Bakı 6°C
10 Sentyabr 2019 09:04
17487
SİYASƏT
A- A+

MƏMMƏDYAROV MNATSAKANYANLA GÖRÜŞSÜNMÜ, GÖRÜŞMƏSİNMİ?

Bu nemesin familiyası da adamın dilinə yatmır, amma adı gül kimi addı – Zöhrab. Deməli, bizim hörmətli Məmmədyarovu görüşə dəvət edib. Baxıram mətbuatda müzakirə aparırlar ki, Məmmədyarov görüşə getsin, yoxsa yox.

Politoloqlar, siyasətçilər əsasən etiraz edirlər ki, getməsin. «Qarabağ Ermənistanındır»- deyən bir adamla görüşməyin nə mənası?

Amma mən istəyirəm getsin. Bir-iki yaxşı şəkil çəkdirsinlər, böyüdüb asaq kabinetimizdən. Üzlərindəki təbəssüm çox xoşuma gəlir.