adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Sentyabr 2019 12:45
11600
GÜNDƏM
A- A+

YƏQİN HƏMİN ERMƏNİLƏRİ GÜL-ÇİÇƏKLƏ RUSİYAYA YOLA SALARIQ

Tolerant ölkəyik axı. Oxuyuram ki, Rusiya vətəndaşı olan iki erməni əllərini-qollarını sallayıb gəlib çıxıblar Gəncəyə, rahat bir oteldə yerləşiblər, sonra da bir maşına oturub gediblər Çaykəndə, xeyli şəkillər çəkiblər. Camaat şübhələnib tutublar və görüblər ermənidirlər, veriblər hüquq-mühafizə orqanlarına.

Ermənilər onsuz da Bakını su yoluna döndəriblər. Elə o günlərdə biri gedib Gəncədə qonşularıyla çay-zad içmişdi. Burda hələ iş də tapırlar özlərinə, deyəsən mənzillə də təmin olunurlar.

Yadınızdadırsa bir neçə il bundan əvvəl biri Rusiyadan gəldi Binəqədidə onun evinə yığışan azərbaycanlıları məhkəməyə verdi , bizim «doblestnıy» məhkəmə də ermənini haqlı çıxartdı, mənzili qaytarıb verdi özünə. O da yəqin kiməsə kirayə verib çıxıb gedib.

Bunları başa düşdük ey, amma bir şeyi başa düşmədik. Neçə gündür qəzetlər, sosial şəbəkələr, saytlar yazır, hələ heç bir dövlət orqanı bu barədə rəsmi məlumat yaymayıb.

Görünür, hansısa qohumları yüksək vəzifədədi.