adalet.az header logo
  • Bakı 7°C
10 Sentyabr 2019 09:02
25164
DÜNYA
A- A+

XRUŞŞOVA DA POMİDOR ATMIŞDILAR

Nikita Serqeyeviç Amerikada olanda BMT-nin binasına gedərkən ona pomidor atmışdılar. O da baş barmağını başına qoyub əl işarəsi ilə bildirmişdi ki, sənin başın xarabdı və gülmüşdü.

Srağagün də CHP-nin başkanı Kılıçdaroğlu Kuşadasında çıxış edərkən Xruşşova pomidor atan səfeh kimi bir adam onu yumurta atəşinə tutub.

Aparıblar polisə. O da deyib:

- Məni tuta bilməzsiz. Heç üç-dörd ay bundan əvvəl şəhid dəfnində onu basıb döydülər, döyənlərə nəinki güldən ağır söz dedilər, hətta onu qəhrəman adlandırıb hökumət adamları onunla şəkil çəkdirib.

Polislər də deyib:

- Düz deyirsən, qardaş. Üzr istəyirik, gedə bilərsən.