adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Sentyabr 2019 10:42
10565
HADİSƏ
A- A+

Təcili Yardım Briqadası Bakıda 35 yaşlı kişi meyiti aşkarladı

Bakıda küçədən meyit tapılıb.

Trend-in məlumatına görə, Təcili Tibbi Yardım Briqadası Nəsimi rayonu, A.Qurbanov küçəsi, 2-ci dalanda küçədə gecə saatlarında 30-35 yaşlı kişinin meyitini aşkarlayıb.

Briqada meyitə baxış keçirib və üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır.