adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Sentyabr 2019 10:19
24264
KRİMİNAL
A- A+

Polis cinayətkarı 16 il sonra tapdı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları axtarışda olan şəxsi saxlayıblar.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan aia.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə barəsində axtarış elan olunmuş Cəlilabad rayon Gülməmmədli kənd sakini Hikmət Ağayev Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılıb.

Qeyd edək ki, H.Ağayev 02.01.2003-cü ildən axtarışda olub.