adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Sentyabr 2019 10:14
9965
MƏMLƏKƏT
A- A+

Bakının 3 rayonunda qazın verilişində məhdudiyyətlər olacaq

Bu gün səhər saat 09:00-dan Bakının Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının qaz təchizatı dayandırılıb.

"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.

Saat 10:00-dan orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində, təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq.

Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.