adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Sentyabr 2019 10:12
10645
GÜNDƏM
A- A+

Aşura ilə bağlı polis gücləndirilmiş rejimdə işləyəcək - QADAĞALAR açıqlandı

Bakı Şəhər Baş Polis İdarəsi Aşura mərasimləri ilə əlaqədar məlumat yayıb.

İdarənin Mətbuat Xidmətindən verilən məlumata görə, Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.