Şahlar şahı Qacarın darmadağın etdiyi şəhər - Tiflisdən reportaj - Eminquey yazır

EMİNQUEY AKİF
69639 | 2019-09-09 11:45

Tez-tez müdirim Aqil Abbas məndən yazı istəyəndədeyirdim:

-Aqil müəllim, maraqlı yazılar üçün gəzmək lazımdır.

Aqil müəllim də axırda qayıtdı ki, səni Trabzona göndərirəm,get, gəz, yazılar yaz. Razılaşdım,amma sonrafikrimi dəyişdim. Gürcüstanı seçdim. Əslində tək getmək istəyirdim, biletimi dəalmışdım, amma sonra yad bir ölkəyə getdiyimi düşünüb, düşünüb qərar verdim ki,turla gedim. Elə bir tur seçdim ki, həm öz arzuma çatım, həm də Aqil müəlliminsözü yerə düşməsin. Tiflis-Batumi-Trabzonturuna bilet aldım.Bir gülləylə iki quş vurum da.Trabzona gedişimə əsas səbəb isə Lalə xanım oldu. Mənim ikinci anam. Onların dəstəyisayəsində ürəkləndim.

Axşam saat 7-də GənclikdəkiAtatürk parkındayam. Avtobusumuzu tapdım. Sürücüdən başqa heç kim yox idi.Açığı avtobusu görüb dilxor olmuşdum. Nəsə rahat avtobusa oxşamırdı. Öyrənəndəki, internet də olmayacaq, əllərimi başıma çırpdım. Axı tur rəhbərliyi belə deməmişdi.Məndən sonra gələn hamı dilxor olmuşdu. Tur bələdçilərinə yaxınlaşırdılar,narazılıq edirdilər. Nəhayət mən də imkan tapdım.

- Qardaş, bizə belə deməmişdilər axı. Avtovağzalınavtobusları bundan yaxşıdı.

- Sizə deyiblər axı...

- Deməyiblər...

Deməli, müxtəlifşirkətlər birləşib bir avtobus tutublar. Mövsümün sonudur deyə. Amma bələdçilərümumidir. Dedim:

- Bax ha, mən jurnalistəm, yazı-pozu adamıyam.

- Harda işləyirsən?

- "Ədalət qəzetində.

Oğlan əllərinibaşına çırpıb "uydaa, mən getmirəm, qardaş" deyib zarafatlaşdı."Sən bizi biabır edəcəksən yazı yazıb" deyib güldü.

Qısası geri yolyoxdur. Hərə öz yerini tutdu. Yanımda Batumiyə çatana qədər adını bilmədiyimqardaş oturub. Nəsə axır zamanlar pis vərdişim yaranıb. Bəzən tanış olduğumadamların adını da soruşmuram.

Düz sərhəddə qədəronunla münasibətimiz əla oldu. Yolboyu mənə getdiyi yerlərdən danışdı, xüsusilədə mindiyi rahat avtobuslardan.

Tur rəhbərləri gördüki, artıq hamı yatışır, mikrofonu işə saldılar:

- Yola çıxmazdan əvvəl yatmamısız?


Danışan bələdçiVüsaldı.

- Oyunumuz var. İki dəqiqə ərzində sual verəcəyik,"hə, yox, bəli, xeyr" deyə cavab verməməlisiz. Qalibə hədiyyəmiz var.Qaliblər Batumidə yaxta gəzintisinə verəcəyi 15 laridən azad olacaq.

Bələdçilər bu oyundaverilən suallar sayəsində həm bizi tanıdılar, həm də bizi bir-birimizətanıtdılar. Mənim adımı da "jurnalist" qoydular.

Kürdəmirdə dayandıq.Çay içdik. Ağcaqanadlar da bizim qanımızı. Adını bilmədiyim oturacaq yoldaşımqaşına-qaşına qalmışdı. Qırxdan çox adamın içində bircə mən və Həsən adlı oğlantək gəlmişdi. Qalan hamı ailəsi ilə, bacısı, qardaşı, dostu ilə. Hətta yenicəevlənmiş cütlük də var idi.

Yol və sərhədd qeydi:

Biz sərhəddə çatandagecə saat dörd olardı. Sakitlik idi. Avtobus ayrıca, adamlar ayrıca keçməlidiryoxlanışdan. Sürücümüz Zöhrab dayı belə dedi. Veş-vüşümüzü götürüb daxil olduqməntəqəyə. Sıra mənə çatdı. Yaxınlaşdım. Şüşənin arxasındakı oğlana pasportumutəqdim elədim. İçimdə qəribə həyəcan var idi. Oğlan bir pasporta baxdı, bir dəmənə. Dedi ki, sən də kameraya bax. Baxdım, möhürü pasporta vurdu.

Bizimlə gələn İranlıqadını və özbəkləri isə saxlamışdılar. Sənəd-sünədlərində problem yaranmışdı.

Veşlərimizi dəyoxlanışdan keçirəndən sonra uzun, dar bir keçidə daxil olduq. Gürcüstan sərhəddinəaz qalıb. Həyəcan mənimlə birgə yürüyür. Məntəqəyə çatar-çatmaz itlər hürüşməyəbaşladı. Mənə demişdilər də burda itlər çoxdur. Gürcülərdə isə proses bizimkindəndə qısa oldu. Vəsiqəmi aldı, möhürünü vurdu, keçdik. Və mən ilk dəfə Azərbaycandankənara addım atırdım. Bu hissləri izah etmək çətindir. Çox xoşbəxt idim. Bir azsonra gürcücə danışan insanları görüb şükür elədim ki, tək gəlməmişəm. Yanımdaözümüzkülər var.

İranlı qadın da, özbəklərdə gəldi.

Tur bələdçiləritapşırdılar ki, Gürcüstana keçən kimi pul çevirənlər yaxınlaşacaq sizə. Nəbadəyaxın durasınız. Biz sizə lazım bildiyimiz yerdə deyəcəyik, düşüb pullarınızılariyə çevirərsiniz.

Səhər saat 7:00

Pullarımızı lariyəçevirmək üçün valyuta məntəqəsində dayandıq. Məntəqə yolun düz kənarındadır.İtlər Tiflisin girişində gəlib-gedən maşınları qarşılayırlar. Özü də elə-beləyox. İki it xüsusən canfəşanlıq edir. Biri gedən, biri də gələn maşınları gözləyir.Yanlarından keçən kimi arxasınca qaçıb hürürlər, sonra yenə geri qayıdırlar.

Yoldaşlardan biridedi:

- Bu itlər deyəsən ölümlərini axtarırlar.



Pullarımızı lariyəçevirdik. Yavaş-yavaş şəhərə daxil oluruq.

Eşitdiyimə görə"tifli su",yəni isti su anlamına gəlir şəhərinadı. Rəvayətə görə, Gürcüstan dövlətinin banilərindən biri I Vaxtanq Qorqasalibir gün bu yerlərdə qırqovul ovuna çıxıb. Kralın təlim keçmiş şahini dərhaloxla yaralanmış quşun başının üstünü alıb və bir-biri ilə çarpışarkən hər ikiquş yaxınlıqdakı qaynar bulağa düşərək həlak olub. Yerin altından qaynayaraqçıxan çoxsaylı termal bulaqlar hökmdarda elə güclü təəssürat oyadıb ki, o, meşəniqıraraq burada şəhər salmaq əmrini verib


Köhnə şəhər (gürcülərAbanotubani deyirlər,yəni gürcücə "abano” "hamam”, "ubani” "rayon” deməkdir) hamam bölgəsidir. Kükürdlü və termal sular orada üstünlük təşkil edir. Kükürd hamamlarınınsuyunun müalicəvi əhəmiyyəti var, deyirlər. 


Hamamlar Tiflisin"Müsəlman məhəlləsi” yaxud da "Meydan” kimi tanınan bölgəsində, "Heydər Əliyevparkı”nın yanında yerləşir, Azərbaycan səfirliyi də oradan təxminən 5 dəqiqəlikməsafədədir. Amma nədənsə bizimkilər gözümə dəymədi. Gəlməzdən öncə düşünürdümki, yəqin bu parkda bizimkilər çox olar. Bəlkə də biz səhər çatmışdıq deyə hələheç kim yuxudan ayılmamışdı.

Gürcüstanın bir qismşəhərlərinin adını qazısan, altından biz çıxarıq. Bakı-Tbilisi- Ceyhan xəttininüzərindəyik də. Köhnə-qədimliklə müasirliyi sintez edib gürcülər. Həmişəsevdiyim bircə şey olub - şəhərin içindən çay keçsin. Gürcülərin bəxti gətiribki, bizim Kür çayı onların paytaxtının içindən keçir. Şəhərə elə gözəl mənzərəbəxş edib ki, adam saatlarla çayın kənarındaca donub qalmaq istəyir. Qırmızıdamları olan evlər, daşla döşənilmiş yollar, çoxlu kilsələr, monastrlar,addımbaşı hostellər, otellər...

Sanki yapışdırılmış taxta eyvanları olan gözəl vəqədim binalar diqqəti cəlb edir. Sən demə, bu eyvanlar həqiqətən də sonralarsakinlərin təşəbbüsü ilə tikililərə əlavə edilib. Bir çoxlarının yüz-iki yüz, bəzilərininisə hətta üç yüz il yaşı olan bu evlər əvvəllər eyvansız olub. Köhnə Tbilisidağlıq ərazidə yerləşir və buradakı binaların çoxu təpələrin yamaclarında, bəziləriisə sərt qayalıqlarda inşa edilib. Evlər arasındakı dar küçələrin bəziləri nəzərəçarpacaqdərəcədə meyillidir. Çayın üzərindəki körpülərin tarixi qədimdir. Sanki şəhərinmərkəzində deyil, təbii qoruqdasan. Hava xoşdur. Bələdçimiz bizə Tiflisin ən məşhur yerləri haqqında məlumatverir. Gözlərimiz şəhərin gözəlliyinə ilişib qalıb. Köhnəşəhərlə yeni şəhəribirləşdirən müasir dizaynı olan körpü Kür çayının üstündən keçir. Stalin gürcüolmasaydı görəsən necə olardı? Axı onun dövründə Tiflisə göstərilən qayğı dahaçox olub.

Bir də buranın bu qədərinkişaf etməsini Saakaşviliylə əlaqələndirirlər. Saakaşvili höküməti salınanyeni yollar və tikilən binalar ilə fəxr edirdi. O, yeni obyektlərin açılış mərasimindəiştirak etməyi xoşlayırdı. Saakaşvili bir sıra memarlıq yeniliklərinin təşəbbüskarıolmuşdu. Tbilisi, Batumi və Gürcüstanın digər şəhərlərində bu cür"inqilabi" memarlıq siyasəti heç də hamının ürəyincə deyildi.Tbilisinin tarixi hissəsində Kür çayı üzərindən qurulmuş müasir görünüşlü"Sülh" körpüsü də çoxlu sayda sakinlərin tənqid və etirazına səbəbolmuşdu.

Buradaqarşımıza çıxan benzindoldurma məntəqələrinin çoxusu SOCAR-ındır. Bizimneftimizlə şellənirlər.

Buralardakımonastrlar, kilsələr şəhər əhalisinin dinə çox bağlı olduğunu göstərir. Bunu həmdə şəhərdəki dilənçilərin çoxluğundan hiss elədim. Bu dilənçilər sırfdindarların verdikləri pulların hesabına dolanır. Mənsə, dilənçilərə deyəcəkbircə söz bilirəm - Qamar coba!

Batumidə balacabir uşaq çıxacaq qarşıma. Uşaq o qədər şirin olacaq ki, özümü tuta bilməyəcəm.Dillərini də bilmirəm. Uşaq nə bilsin ki, mən "A bucu bucu" deyəndə nədemək istəyəcəm?! Uşağı qoxlayacam, amma uşaq qoxusu hiss eləməyəcəm. Bir azçaxır qoxusu gələcək uşaqdan. Biruzə vermədən uşağı anasına qaytarıb dəstəmizəqoşulacam.

Gürcüstanınanası deyilən "Kartlis Deda" heykəli görünür. Onların Narikala, bizimNarınqala dediyimiz kilsənin yanında yerləşir. Bir əlində şərab, bir əlində qılınc olan bu qadın heykəlini yadımasalıb uşaqdan gələn çaxır qoxusunu çözəcəm.


Mən turla gəldiyimüçün Tiflislə ötəri tanış oldum. Amma mənə bəxş elədiyi vizual ab-havavideolardan gördüyümdən də gözəl oldu. İnsanlar Tiflisin turistikliyindəngen-bol istifadə ediblər. Heç işləməklərinə ehtiyac yoxdur. Burada adamlar varki, evində, otağında yatmadığı çarpayısını da kirayəyə verir. Bir də ən əsası,burada rus dilində yazılara çox nadir rast gəlmək olur.

Gürcüstandakazinoların fəaliyyətinə icazə verilib. Özü də Tiflisin düz mərkəzində fəaliyyətgöstərirlər və hər addımbaşı rastımıza çıxırlar. Və ən maraqlısı – Gürcüstandamarixuana çəkmək, satmaq qadağan deyil. Bu sərbəstlikdə bizim qarşımıza bir nəfərdə olsun "hallı” adam çıxmadı.

Hələ kiGürcüstanla bağlı təəssüratlarım gözəl olsa da, gürcülərlə bağlı elə elə bir təəssüratımyoxdur. Bu gördüklərim cəmi-cümü 1 saatlıq Tiflis gəzintisinin təəssüratlarıdır. Növbəti dayancağımız Batumi olacaq. Batumiyə isə hələ beş saatlıq yol var.Gah yatırıq, gah oyanıb hansısa mahnıya oynayırıq, şənlənirik.

Zestaponidə səhər yeməyi


Üç il əvvəlyarımçıq qalmış arzum idi buraları görmək. Batumiyə çatmamış Zestaponi deyilənqəsəbədə səhər yeməyinə dayandıq. İki dilim pendir, bir yumurta, bir stəkan çay, bir az da çörək götürdüm.4 lari də pul verdim. Kafedən çıxanda hamı şikayətlənirdi qiymətlərdən. Tur rəhbəridedi ki, səhər saatları olduğu üçün yol qırağı açıq olan yeganə kafe buradır. Mənimjurnalist olduğumu bilirdilər. Narazılıq olan kimi "jurnalist, yaz habunları" deyib gülürdülər.

Gürcülərlə bağlı ilktəəssüratım bu kafedə yarandı – soyuq millətdirlər. Qarşıda isə hələ nə qədərvaxt var, görək necə olur?!

Özbək yoldaşlarımızda var idi. Onlarınsa qiymət heç veclərinə də deyildi. Özləri ilə ev üsulu çəkilməçaxır gətirmişdilər və hamını qonaq edirdilər. Boğazımızı üç qurtum çaxırlayandırdıq, avtobusa doluşduq…

ardı var…


TƏQVİM / ARXİV