adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Sentyabr 2019 15:52
26808
KRİMİNAL
A- A+

Bakıda mağazanın vitrinindən qızıl əşyalar oğurlayan şəxs tutulub

Bakıda mağazanın vitrinindən qızıl əşyalar oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 6-da rayon ərazisindəki mağazaların birinin vitrinindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Aslanov saxlanılıb.