adalet.az header logo
  • Bakı 13°C
07 Sentyabr 2019 15:28
28182
İDMAN
A- A+

Məşhur futbolçu karyerasını başa vurub

Kamerun millisinin və İspaniya "Barselona"sının sabiq futbolçusu Samuel Eto O karyerasını başa vurub.

38 yaşlı hücumçu bu barədə şəxsi "İnstagram" hesabında yazıb.

Hücumçu karyerası ərzində İspaniyada "Real Madrid", "Malyorka", İtaliyada "İnter", "Sampdoriya", İngiltərədə isə "Everton" və "Çelsi"nin formasını geyinib. Son olaraq Qətərin eyniadlı komandasında çıxış edən oyunçu Türkiyədə "Antalyaspor" və "Konyaspor"un da şərəfini qoruyub.

Qeyd edək ki, Samuel Eto O Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur. O, 4 dəfə ilin ən yaxşı afrikalı oyunçusu (2003, 2004, 2005, 2010) seçilib.