adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Sentyabr 2019 15:06
29004
KRİMİNAL
A- A+

Lənkəran sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb

Lənkəran rayon sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Səpnəkəran kənd sakini İ.Əkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə İ.Əkbərovun evinə baxış zamanı isə 3 kiloqram qurudulmuş marixuana götürülüb.