hacklink Adalet.az | Əli Əhmədov: "Müxalifətin xarici xüsusi xidmət orqanlarının təsiri altına..." Adalet.az | Əli Əhmədov: "Müxalifətin xarici xüsusi xidmət orqanlarının təsiri altına..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Əli Əhmədov: "Müxalifətin xarici xüsusi xidmət orqanlarının təsiri altına..."

6262    |   2019-09-07 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Trend-in məlumatına görə, toplantıda Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov, hakim partiyanın icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları, YAP üzvləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan YAP sədrinin müavini - icra katibi Ə. Əhmədov bildirib ki, bu ilin dekabrında Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək: "Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, həmişə olduğu kimi seçki kampaniyasının başlaması ərəfəsində ölkədə siyasi canlanma müşahidə olunmaqdadır. Müxalifətin ayrı-ayrı dəstələri, təbəqələri müəyyən qədər canlanıblar. Siyasi proseslərə özünəməxsus prinsiplərlə qoşulublar. Müxalifətin əhəmiyyətli bir hissəsinin apardığı siyasi kampaniya əslində siyasi müxalifət anlayışının mahiyyətinin ciddi şəkildə tənəzzülü ilə müşayiət olunmaqdadır”.

Ə.Əhmədov qeyd edib ki, son zamanlar müşahidə etdiyimiz odur ki, müxalifət hər bir Azərbaycan vətəndaşında ikrah hissi yaradan yola üz tutur: "Azərbaycanı kobud şəkildə Ermənistanla müqayisə edirlər. Ermənistandakı həyatı başqa bir mənzərə altında təqdim etməyə çalışırlar. Bütün bu fonda Azərbaycan reallıqlarını təhrif edirlər. Bununla da Azərbaycan cəmiyyətində hökumətin apardığı siyasətə inamsızlıq yaratmağa çalışırlar. Onlar Azərbaycandan kənar auditoriya üçün nəzərdə tutulan ikili təbliğat aparırlar ki, hökumətin imici zədələnsin. Hesab edirəm ki, bütün bunların arxasında müxalifətin xarici xüsusi xidmət orqanlarının təsiri altına düşmələri istisna deyil”.




İmza:

“Çelsi”nin transfer qadağası ləğv edilib

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

İstirahət günlərində gözlənilən hava proqnozu

Sabirabad-Saatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Bartomeu: Messi ilə bu haqda bir neçə dəfə danışmışam

Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar

Nüsrət Həbiblə döyüşmək istəyir

Əli Əhmədov : 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəl dəyişdirilir

Aeroport ərazisində 4 mindən artıq ağac əkilib

Turizm Bürosu : İlk mərhələdə 100-dən çox hotelə ulduz veriləcək

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK