hacklink Adalet.az | Komitə sədri: Məhərrəmlik mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır Adalet.az | Komitə sədri: Məhərrəmlik mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Komitə sədri: Məhərrəmlik mərasimləri Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır

6917    |   2019-09-07 12:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə Məhərrəm ayı ilə bağlı monitorinqlər həyata keçirir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

M.Qurbanlı bildirib ki, monitorinqlərə əsasən məscidlərdə Məhərrəm ayı ilə bağlı keçirilən mərasimlər Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun olmalıdır: "Monitorinqin əsas məqsədi odur ki, bu mərasimlərin fətvaya uyğun keçirilib-keçirilmədiyi, hər hansı qanun pozuntusunun olub-olmadığı yoxlanılır. Bütün bu məlumatları toplayırıq və birgə müzakirə edirik. Əgər hər hansı məsciddə fətvadan kənaraçıxma halları və yaxud qanun pozuntusu olarsa, bununla bağlı müvafiq tədbirlər görülür. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həmin məscidin imamına xəbərdarlıq olunur ki, bunlar təkrar olunmasın. Hələ ki elə bir ciddi qanun pozuntusu aşkar etməmişik, fətvaya uyğun şəkildə mərasimlər keçirilir”.

Komitə sədri vurğulayıb ki, əsas mərasim Aşura günü olan mərasimdir: "Həmin gün Qafqaz Müsəlmanları İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eyni zamanda ayrı-ayrı dini konfessiyaların nümayəndələri Şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə qanvermə aksiyasında iştirak edəcək. Mən də həmin qanvermə aksiyasında iştirak edəcəyəm. Aşura günü ilə bağlı keçirilən mərasimlərdə bəzən qançıxarma, başyarma, zəncirvurma kimi hərəkətlərə yol verilir. Bu hərəkətlər dinimizdə də bəyənilmir. Ona görə bunun əvəzinə qanvermə aksiyaları keçirilir".

M.Qurbanlı əlavə edib ki, eyni zamanda respublika üzrə qanvermə keçiriləcək yerlərin siyahısı artıq elan edilib: "Səhiyyə Nazirliyi bununla bağlı müvafiq göstərişlər verib, qruplar ayrılıb. Həmin aksiyalarda vətəndaşlarımızın iştirak etməsi olduqca əhəmiyyətlidir.
Əminəm ki, qan verənlərin sayı kifayət qədər yüksək olacaq. Ötən il 5000-dən çox vətəndaş qanvermə aksiyasında iştirak edib. Bunun müsbət tərəfi hamıya məlumdur, çünki qana ehtiyacı olan xəstələr var. Verilən qanlar tibbi nöqteyi-nəzərdən yoxlanıldıqdan sonra Qan Bankına daxil edilir".




İmza:

“Çelsi”nin transfer qadağası ləğv edilib

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

İstirahət günlərində gözlənilən hava proqnozu

Sabirabad-Saatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Bartomeu: Messi ilə bu haqda bir neçə dəfə danışmışam

Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar

Nüsrət Həbiblə döyüşmək istəyir

Əli Əhmədov : 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəl dəyişdirilir

Aeroport ərazisində 4 mindən artıq ağac əkilib

Turizm Bürosu : İlk mərhələdə 100-dən çox hotelə ulduz veriləcək

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK