adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Sentyabr 2019 11:26
11865
HADİSƏ
A- A+

Türkiyədən gələn avtobus qəzasında xəsarət alanların kimliyi bilindi - Xarici vətəndaşlar da var

Gecə Şəmkirdə avtobus qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobilinin toqquşması nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar Bakı şəhər sakinləri - 1989-cü il təvəllüdlü İmamxanova Çinarə Eyyub qız sağ topuğun çapılan yarası, 1992-ci il təvllüdlü Mirəliyev Xəyyam Ümidvar oğlu sağ əlin cırılmış yarası, Əmiraslanova Sevinc Süleyman qızı sağ baldır sümüyün yer dəyişən sınığı, 1966-cı il təvəllüdlü Səbxanova Göyçək Mehralı qızı bel nahiyəsinin əziyi, 1946-cı il təvllüdlü Süleymanova Qələm Cavad qızı sol ayağın əziyi və sıyrılmış yarası, 1978-ci il təvəllüdlü Kazımova Arzu Mətləb qızı hər iki dizin sıyrılması, Xırdalan sakini 1957-ci il təvəllüdlü Əliyeva Gülsüm Məmmədağa qızı sol qaşın çapıq yarası, Füzuli rayon sakinləri – 1989-cu il təvvəlüdlü Babayevə Növrəstə Qardaşxan qızı sol daraq sümüyünün sınığı, Məmmədova Miranə Ərşad qızı burun sınığı və bel nahiyəsinin əziyi, Qax sakini, 1997-ci il təvəllüdlü Əliyev Nicat Gəray oğlu qapalı beyin travması, Sumqayıt şəhər sakini Qurbanəliyeva Günel Nəsrəddin qızı sol bud sümüyünün qapalı sınığı, o cümlədən 2 Türkiyə vətəndaşı - 1983-cü il təvəllüdlü Sener Yavuz Süleyman sağ dizin cırılması, sağ qamış sümüyünün sınığı və Darmış Ruzun Asser sağ qaş üstünün cırılmış yarası alıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəsarət alan şəxslərin 14-ü ambulator müalicəyə göndərilib, 1 nəfər Qax sakini olan N.Əliyev stasionar müalicədədir, vəziyyəti ağırdır.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

Avtobusun Türkiyədən Azərbaycana gəldiyi bildirilir.