adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
06 Sentyabr 2019 18:01
19259
SİYASƏT
A- A+

Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Braziliya Prezidenti Jair Bolsonaruya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Braziliyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Braziliya xalqına daim sülh və rifah diləyirəm".