Əbülfət MƏDƏTOĞLU: GÜNAHSIZLIQ ARZUSU

ƏBÜLFƏT MƏDƏTOĞLU
59300 | 2019-09-07 10:07

Mənimbildiyimə, oxuduğuma və eşitdiyimə görə ən böyük ədalət Allaha məxsusdur. Üstəlik,bildiyimə, oxuduğuma və eşitdiyimə və həm də şahid olduğuma görə, Yer üzündəbütün ədalətsizlikləri insan gerçəkləşdirir. Yəni nəyə and içsələr də inanabilmərəm ki, bu dünyada, xüsusilə Azərbaycan adlı məmləkətdə yüz faiz ədalətliinsan var – suyu da üfürüb içir... otu da tapdamır... gülü də sadəcə,budağından üzmədən qoxlayır... qarışqanı görəndə yanından keçir... kimindəçiyninə toxunmur... kimnisə ayağını tapdamır... kiminsə çörəyinə problemyaratmır... kiminsə işığının qarşısını kəsmir... kimisə yıxıldığı yerdənqaldırır və s. və ilaxır. Bax, bütün bunlar toplum halında bir adamda ola bilməz.Kim istəyir inansın, kim də istəyir inanmasın. Şəxsən mən inanmıram və şəxsən mənözümü yüz faiz ədalətli insan saymıram. Təbii ki, bunun da səbəbi digər insanınmənə münasibətidi. Haqqım tapdandıqca mən də etiraz edirəm, mən də etirazımlakiminsə haqqını tapdayıram. Deməli, insan olan kəs yüzə-yüz ədalət söhbəti edəbilməz.

Bax, məndə həmin o dediyim məqamı nəzərə alıb birmənalı şəkildə vurğulayıram ki, evdən,ailədən tutmuş kollektivə qədər heç bir yerdə ədalət söhbəti gedə bilməz. Çünkiadamlar təkcə öz sifətləri ilə yox, həm də başqa sifətlərlə yaşayırlar. Ona görədə həmin sifətlər gec-tez üzə çıxır. Və deməli, ədalət də onda aşkarlanır. Hərkəs beləcə, öz ədalətinin qurbanına çevrilir, acınacaqlı duruma düşür. Həmin məqamdagöz yaşı da, alqış da, qarğış da köməyəçatmır. Axı quyunu özün qazmısan. Nə isə...

Bəli, mənbu yazını başqa bir ovqatla, başqa bir həvəslə yazmaq, başqa notlara toxunmaqistəyirdim. Amma "tək səbr” imkan vermədi. Həmin o "tək səbr” də qan qaraldıcıoldu, əsəblərimə toxundu. Anladım ki, saman altından su yeridənlər, qarışqanısapa dırmaşdıranlar elə bilirlər ki, hamısan ağıllıdılar. Və onların gördükləri etdikləri guya heç kimin nəhaqqına basqı deyil, nə də kiminsə anlayacağı bir məsələ sayıla bilməz. Çoxyanlış yanaşmadı. Müdriklərin dediklərinə görə, ağıllı o adamdı ki,qarşısındakını ağıllı sayır. Ona münasibətdə özünü, gücünü nümayiş etdirmir.Axı hər bir insan həm də qapalı bir varlıqdı. Onun içərisində, bədənində nələrvar, hansı güc var, arxasında kim, nə dayanır, onu öncədən bilmək mümkün deyil.Zəif hesab etdiyin birisi səni sözüylə, hərəkətiylə, ortaya qoyduğu məntiqlə,arxasında dayanan güclə elə bir duruma salar ki, heç kim köməyinə, dadına çatabilməz. Ona görə də nə qarışqanı fil etmək lazımdı, nə fili qarşıqa. Hər kəsiöz adında, öz donunda görmək daha dürüst qərardı. Bax, bu mənada sosial həyatınmənəvi həyatla qarşılaşdırılması, maddiyyatla, mənəviyyatın üz-üzə qoyulmasıümumiyyətlə, yolverilməzdi. Axı insanın ən üstün cəhəti onun mənəviyyat sahibiolmasıdı. Çox təəssüf ki, bunu tez-tez unuduruq və nəticədə də bitib-tükənməyənproblemlər, söz-söhbətlər qarşılıqlı etimatsızlıqlar yaranır. Təəssüf...

Hə, mənöz həyatımı, öz yaşamımı kimsədən üstün və xüsusi imtiyazlı saymıram. Allahınverdiyi ömrü özümün, dostların, doğmaların yardımı, dəstəyi ilə yaratdığı müəyyənşərait mənə ayaqda qalmağa köməklik edir. Bu da o deməkdir ki, mən iki əllə birbaşı təkcə idarə etmirəm, həm də onun maddi tələbatını az-çox ödəyirəm. Lakinhaqqıma əl uzadılanda, mənim olması labüd olan haqqın özünə, cibinə əluzadılanda onda sarsılıram, onda özümü aşağılanmış sayıram. Və başa düşə bilmirəmki, bunu edənlər məni yox, özlərini nə sayırlar, nə hesab edirlər. Yəqin ki, busualın cavabı hər kəsin öz ölçüsüylə bəllidir. Mən kimisə mənim kimi düşünməyəməcbur edə bilmərəm. Lakin deməyə borcluyam ki, bilməyənlər də bilsinlər, biradamın ədaləti etalon deyil. Və...

Hər dəfəyuxarıda yazdığım və içində olduğum ovqatın sərt küləyi əsəndə, məni silkələyəndəbir kənara çəkilmək, aralanıb uzaqlaşmaq hissi gəlib keçir içimdən. Elə bilirəmki, uzaqlaşmaq, kənar dayanmaq nəyisə dəyişəcək. Amma görürəm yox! Hər dəfəuzaqlaşdıqca o basqılar bir az da artır, bir az da adamın üstünə gəlir. Ondagücümü toparlayıb Allahımı və səni düşünə-düşünə sərt fikirlərimi kağızaköçürürəm. Bu bir növü özünə təsəlli, özünü ovutmaq kimi bir şeydi. Amma müvəqqətidi.Çünki problem qalır. Deməli, hələ günahı, günahkarı ortaya çıxarmaq, onakimliyini göstərmək nə mümkün olmayıb, nə də cəhd edilməyib. Deməli, günahınbir ucu da mənim çiynimdədi. Susqunluğumun, reaksiya verməməyimin cavabıdı bu.Elə həmin cavabdan da çıxış edərək bu günlərdə yazdığım misraları xatırlayıram.Yazmışam ki:


Susqunluğumbu anda

Öz-özümənidadı...

Həyatlaaranızda –

Kövrəkbir əlvidadı...


Andverdim sənə pir, gə

Qalmadıdaha sirr, gə...

Mənizamanla birgə -

Zərifbir əl budadı...


Gecə,gündüz bilmədən

Ahımoldu zil, nədən?

Ömrümkeçən ilmədən –

Uzanan əlbutadı...


Arı uçanpətəkdən

Gəzdimümid və təkdən...

Bir əltutub ətəkdən –

O biri əlvidadı!..

***

İnsanyaşayırsa, işləyirsə, ümumiyyətlə, cəmiyyətdədirsə, onun kənara çəkilməsi, özünü laqeyd göstərməsimümkün deyil. Lap mümkün olsa da, doğru deyil. Deməli, gözünün önündə baş verənigörməmək, guya pəncərədən bayıra baxmaq prinsipi bu, insanın ən qüsurlu cəhətidir.Çünki Allah insanı insana dost, doğma, həmcins yaradıb. Deməli, bu varlıqbir-birinə dayaq durmalı, bir-birinə dəstək olmalıdır ki, önə çıxa bilsin,qurub-yarada bilsin. Ən azından İNSAN ola bilsin. Təəssüflər ki, bu məqamda dahamının həmin o böyük hərflərlə yazdığım insan olmasına inana bilmirəm, şübhəiçimdə at oynadır. Nə yazıqlar ki, bu cür atların cilovu olmur. Bəlkə də belədaha yaxşıdır. Axı rusların bir təzə sözü var. Rus dədələri deyib ki, "inan,amma yoxla”, yəni nəzarəti üstündən əskiltmə. Bizdə isə bəzən inam elə bir həddəgəlib çatır ki, əyləşdiyimiz çətiri altımızdan götürürlər xəbərimiz olmur. Güvəndiyimizkürəyimizə xəncəri saplayıb, ancaq ağrıyanda, qan axnada nə baş verdiyinianlayıqır. Və beləcə, yaşayırıq – ümidsiz və şikəst biri kimi...

Bəli, həyatınbütün problemlərinin üzərimizə basqı etdiyi bir zamanda bu qədər mövzunun qatlarına enməyim, onu sağa, sola çəkməyimheç də təsadüfi deyil. Söhbət ondan gedir ki, əlini sıxdığım əlimi biləkdənqoparır. Bu itki də adama təbii ki, çox ağır zərbə olur. Və mən də həyatım boyuzərbələrin dadını, tamını bildiyimdən, onu təkrar-təkrar yaşamaqdan artıqyorulmuşam. Ona görə də daha sarı simdə yox, elə birbaşa bəlli notlarda fikirlərimiifadə edirəm . Hətta həzin bir şeir üstündə demək istəyirəm ki:


Bitdi qəmortaqlığı

Nəğməyarıda qaldı...

Ləçəklərörtülmədi –

Günaharıda qaldı...


Köməkol! – Tanrım deyə

Əlimiaçdım göyə...

Anlamadımki, niyə -

DuamTanrıda qaldı!


Dərdi hasoyalar da

Böyüyübbor alar da!

Qarışanboyalarda –

Diqqətsarıda qaldı.


Əbülfət,yox olsam da

Söz-sözətoxusam da...

Nə qədəroxusam da –

Ümiddarıda qaldı.

***

Mən buyazını bilgisayara diqtə edəndə demək olar ki, nəfəs dərmədim. Heç Gülər xanımda gözaltı dönüb mənə baxmadı. Arada yazının ovqatına "papaq” atan Şamxal dasusmuşdu. Bütün bunların bir səbəbi var idi, o da günün ovqatıydı. Hamı eynihavaya köklənmişdi. Və bu hava da oynamaq üçün deyildi. Bu hava ürəyi ağrıtmaq,əsəbi tarıma çəkmək, ən azından adamları deyinməyə məcbur etmək üçün idi. Təbiiki, hava da, onun sifarişçisi də məlumdu. Sadəcə, məlum olmayan odur ki, buhavanın sifarişçiləri görəsən Allahdan böyük kimlə müqavilə imzalayıblar? Və oböyük doğrudanmı onların çiyninə sağ əlini qoyubdu?

Hə, bizöz kimliyimizi bilə-bilə özgələrin kimliyini önə çəkirik. Bu isə bir maskaraddı.Çünki bizim kimliyimizi də özgələr bilir. Deməli, məntiqə görə, yanlış havayaoynayırıq. Rəhmətlik Məmməd Araz demişkən, "buoyunda kim uduzdu, kim uddu” sualı sonda ağır zərbəyə çevrilə bilər.Bax, o zərbədən yayınmaq, ona tuş gəlməmək üçün olduğumuz kimi olmaq daha doğruqərardı. Və mən də həmin məntiqə söykənib yazıram ki, kimsə öz iddiasını hamıyahakim etməsin, hamıya həzm etdirməyə çalışmasın. Çünki ən böyük qalib həmişəsonda gülənlər olub. Bu məmləkətin və eləcə də bizim hamımızın durumu kaş ki,sonda gülənlərin nəsibi kimi olsun. Əks halda...

Bəli,bir söz adamı olaraq bu yazını səfər öncəsi, yəni sizinlə görüşə bilməyəcəyimzaman kəsiyi üçün yazmaqda məqsədim gizli deyil. İstəyirəm ki, bu zaman kəsiyindəmən də təkrar-təkrar düşünüm. Düşünüm ki, yazmağa dəyərmi, yazmaq lazımdımı? Vəsiz də düşünəsiniz ki, bu yazılanları oxumağa dəyərmi? Əgər gəlib çıxacağımız qərarümidli, işıqlı olsa, inşallah, onda yenə bu yazılarla, daha doğrusu, xoşovqatlı duyğusal yazılarla ekran qarşısında, qəzet səhifələrində görüşərik.Olmasa, günah hər kəsin öz boynuna. Mən öz günah payımı təbii ki, bilirəm. Sizdəisə günah görmürəm. O ixtiyar sizin öz əlinizdədi. Sizə günahsız günlərarzusuyla, "hələlik!” – deyirəm.


TƏQVİM / ARXİV