Faiq QİSMƏTOĞLU: YUXU

FAİQ QİSMƏTOĞLU
80625 | 2019-09-07 10:01

... Eləbir adam yoxdu ki, o, yuxu görməsin. Və bu yuxular da insanların hər an, hər dəqiqə,hər gecə yuxusundan əskik olmur. Hələ indiyə qədər yuxuların necə və nədən başverdiyini heç kəs aça bilməyib. Hətta elm də, ən böyük alimlər və filosoflar dayuxuyla bağlı elə bir elmi əsaslar və düşüncələr ortaya qoymağı bacarmayıblar.Düzdü, yuxu yozanlar olub və bu yuxunu da yozmağı onlara Allah-Təala qismət eləyib.Yusif Peyğəmbərə Allah-Təala tərəfindən yuxu yozmaq elmi də bəxş olunub. YəniYusif Peyğəmbər hər hansı yuxunu çox yaxşı yozarmış və o yuxunu da görən adamyaxşı-pis onun nəticəsini hiss eləyərmiş.

Görünür,Allah-Təala ruh kimi yuxunun da sirlərini öz dərgahında saxlayıb. Yəni onunbütün detalları, incəlikləri və sirləri Allah-Təalanın sirri olaraq qalmaqdadı.Və biz insanlar nə qədər çalışsaq da o sirləri aça bilməyəcəyik.

Mənimözüm də tez-tez yuxular görürəm. Və həmin yuxuların çoxu yadımda qalmır.Yadımda qalanlar isə, istər yaxşı yuxu olsun, istərsə də pis yuxu, mütləq çinçıxır. Başqa sözlə demiş olsaq, mənim gördüyüm yuxular bir də görürsən ki, həyatdaözünü olduğu kimi əks elətdirir...

... Bugünlərdə bir yuxu görmüşdüm. Sözün açığı heç xoşuma gəlmədi. Yəni yuxu pisyuxuydu. Rəhmətlik Telli nənəm deyərdi ki, oğul, pis yuxu görəndə onu suyadanışın, ya da soğan dişləyin qoyun kənara. Və həmin pis yuxu sizdən uzaq olar.Təbii ki, mən də o pis yuxunu suya danışdım, hətta "Qurani-Kərim”dən dörd surənioxudum və Allaha dua elədim ki, məni qəzadan, xətadan, bəladan hifz eləsin!Qurban olduğum Allah-Təala müxtəlif vaxtlarda məni nə az, nə çox düz 15 dəfəölümdən – maşın qəzasından, suda boğulmaqdan və "tok” vurmaqdan xilas eləyib.Min şükür!

... Həmingünü işə gəldim. Və iki dəfə əsəbləşdim. Dedim ki, yəqin olan şeydi. Yolda dabir adam məni hövsələdən çıxardı. "Lənət şeytana” - deyib yoluma davam elədim.Evə qayıtdım, bir stəkan çay içdim. Bir də gördüm qəfil başımdan bərk ağrıqalxdı. Az qala ölmüşdüm. Bir neçə saniyə çəkdi. Təyziqimi ölçdüm, gördüm 220-yəqalxıb. Dava-dərman qəbul edib bir az uzandım. Sonra ayağa qalxıb kompüteriaçaraq xəbərlərə baxdım. Bir az da əlimə kitab götürüb Üzeyir Hacıbəyovunfelyetonlarını oxudum. Kitabı qatlayıb rəfə qoydum. Axşam saat 10 idi. Divandabir qədər mürgülədim. Qəfil yuxudan qalxdım, durub mətbəxə getmək istədim. Birdənayağım necə burxuldusa, çığırtıma o biri otaqdan oğlum gəldi. Topuğumda və ayağımın üstündə şiş yarandı.Tez evdəkilər soyuq su ilə duzlu suyu cunada isladıb ayağımın üstünə qoydular.Amma ağrı get-gedə daha da şiddətlənirdi. Bir sınıqçı tanışım var, gecəylə onunyanına apardılar. Dedi ki, topuqdan aşağı damar gərilməsi olub, bir az da çatvar. Anan namaz üstündə işim, nə yaxşı sınmayıb. Yoxsa sınsaydı, ən azı 3-4 ay əziyyətçəkməli olardın. Ayağımın burxulan və şişən yerinə sınıqçı məlhəm hazırlayıbqoydu, sonra da dedi ki, bu resepti sizə verirəm, evdə hazırlayıb hər gün dəyişərsiniz...

... Tərskimi həmin günün səhəri məni iki toya dəvət eləmişdilər. Hər iki toy da yaxınqohumlarımın idi. Mən də bir yazı yazmışdım və demişdim ki, Allah qoysa otoylarda iştirak eləyəcəyəm. Amma Allah imkan vermədi və o toylara gedə bilmədim.Yəqin qurban olduğum belə məsləhət bilib. Hələ də ayağımın topuğundan şiş çəkilməyib.Axsaya-axsaya bir təhər gəzirəm. Ancaq yenə şükür eləyirəm. Şükür eləyirəm ki,bəs ayağım sınsaydı nə qayırardım? Min şükür! Allahımın mənə verdiyi sevinc də,kədər də çox əzizdir...

... Birolmuş əhvalat danışmaq istəyirəm. Bilirsiniz nəyə görə? Yəni yazılana pozuolmadığına görə. Qohumlarımdan biri yuxuda görür ki, balaca oğlu suda boğulubölür. Anası yuxunu durub suya danışır, sonra da qayınanasına bildirir. Qayınanasıda deyir, a bala, bu gün uşağı evdən bayıra buraxma, gözün üstündə olsun! Obiri uşaqlar hərəsi bir yana gedir, balaca oğlan uşağını da arvad yanındasaxlayır. Deyir ki, gözümün qabağında olsun. Arvad sacda yuxa bişirirmiş.Yuxanın birini bişirir, ikisini bişirir və səliqə ilə kənara qoyurmuş. Uşaq dabişmiş yuxalardan bir neçəsini yeyirmiş. Yeməyi bir yana, üstəlik də anasınıtez-tez əsəbləşdirirmiş. Axırda anası hövsələdən çıxır, yuxa yaydığı oxlovlaonun başına vurur ki, bir az sakit ol! Oxlovu uşağın başına vurmaqla uşaqcanını tapşırır. Aləm bir-birinə dəyir...

Bax, eləşeylər var ki, öncədən Allah-Təala tərəfindən insanın taleyinə həkk olunur.Görünür, mənim də başıma belə bir əhvalat gəlməliymiş. Çünki Allahın yazdığınaheç bir pozu yoxdur. Şükür Ulu Yaradanın məsləhətinə!..


TƏQVİM / ARXİV