adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Peyğəmbərə kimlər sui-qəsd hazırlamışdı? - Sönər Yalçın yazır

38608 | 2019-09-07 10:20

Detektivroman oxumağı çox sevirəm.

Tarixdəkicinayətlər, sui-qəsdlərlə çox maraqlanıram.

Son günlərbir məsələ məni rahat buraxmır:

Hz. Əbubəkirvə Hz. Ömər Bizanslılara qarşı yapılan Təbuk yürüşündə Hz. Məhəmmədə qarşısui-qəsdə cəhd ediblərmi?

1389ildir ki, bu mübahisə bitmək bilmir.

İslamsünnü alimi ibn Həzm İslam hüququna aid "Əl Mühəlla” kitabının 11-ci cildindəyazır: "Əbubəkir, Ömər, Osman, Təlhə və Əbu Vəqqas Təbukta Rəsulullahı öldürməkistədilər...

Hadisə belə olub:

630-cu il...

Təbuk səfərindən dönərkən Hz. Məhəmməd davayoldaşlarına vadidən keçməklə getmələrini tövsiyyə etdi, özüsə dağ yolunuseçdi. Yanına sadəcə, Əmmar ibn Yasərlə Hüzeyfə ibn Yəman adlı iki səhabəgötürdü.

Yolda vadi yoluyla gedən müsəlman əskərlərdən 14-15 nəfərliküzü maskalı bir dəstə Hz. Məhəmmədin üstünə hücum elədi.

Məqsədləri Hz. Məhəmmədi dağdan aşağı tullamaq, sonrada onun qəza nəticəsində öldüyünü elanetmək idi.

Hz. Məhəmməd basqınçıları görüb qışqırır və Hüzeyfəyədeyir ki, əlindəki qamçıyla minik heyvanlarının üzünə vursun.

Hz. Məhəmmədin sui-qəsdin fərqində olduğunu anlayanbasqınçılar panika içində geri qaçaraq vadidəki döyüşçülərə qarışdılar...

Hz. Məhəmməd basqınçıların mindikləri heyvanlardanonların kimlər olduğunu anladı və bunu yalnız sirdaşı Hüzeyfəyə söylədi...

Sirr açıqlanmadı.

İslam qaynaqları Təbuk səfərindən dönərkən Hz. Məhəmmədəsui-qəsd cəhdi edilməsi barədə həmfikirdi. Həmin vaxt Mədinədə nazil olan 129ayədən ibarət Tövbə surəsində bunun izləri var. (Zatən hər cür şərdən qurtulmaqüçün yeddi dəfə okunmazmı?)

Ayədə deyilir: "(Münafiqlər)Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (Andolsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafirolmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərəqarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə vəmöminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və PeyğəmbərininÖz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindənvə digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər(imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzabamübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!(74)

Hz. Məhəmməd sui-qəsdçilərin adlarını açıqlamadı. Şərhçilərmin ildir ki, bununla bağlı min bir iddia irəli sürür. Məsələn, Hz. Əbubəkin Mədinədənuzaqlaşdırılmasını bununla bağlayırlar...

Hüzeyfə də o isimləri açıqlamadı. Hz. Ömərinzaman-zaman "bu adamların arasında mənim də adım varmı”-deyə soruşduğu da mənbələrdənməlumdur.

Hüzeyfənin Hz. Əliyə biət etməsi və uşaqlarına da bunuməsləhət bilməsini başqa nə cür izah eləmək olar?

Hz. Məhəmməd...

Təbuk səfərindən dönəndən 20 ay sonra vəfat elədi. Hələ"öldürüldüyü” iddiası da var! Hz. Məhəmmədin iki arvadı – Hz. Əbubəkrin qızıAişə ilə Hz. Ömərin qızı Həfsa barədədə əsrlərdir mübahisələr yapılır... Yəni, əslindədeyilir ki, "fitnə Məhəmməd öləndən sonra yox, ölməmişdən əvvəl başlamışdı!”

Belə ki...

Müsəlmanlar xəlifə seçkisiylə məşğul olduqları üçünHz. Məhəmmədin yuyulması və dəfni bir gün sonraya qaldı!

Hz. Ömər Məscidi-Nəbəviyyədəki müsəlmanlara elan etdiki, Allah xəlifəliyi sizin istəkliniz, Rəsulullahın mağara yoldaşı olan şəxsə nəsibetdi.

Hz. Əli isə hələ peyğəmbərin dəfniylə məşğul idi. Cənazəyəcəmi on yeddi kişi qatıldı. Hz. Əbubəkr və Hz. Ömər yox idi...

Bütün bu məsələlər əsrlərdir müzakirə edilir...

Şübhəsiz, hələ uzun illər bundan sonra dadartışılacaq...

Əsrlərdir müsəlmanlar iqtitar yanğısıyla neçə yerəbölünüb və bölünür.


"Sözçü qəzeti

TƏQVİM / ARXİV