adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
06 Sentyabr 2019 14:01
57028
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Rafiq Əzimov “Şah Mat”ın mövsüm açılışında iştirak etdi

Azərbaycanın "Zirzəmi teatrı" üslubundakı ilk teatrı ŞAH MAT 3-cü mövsümünü Ejen İonsekonun "Stullar” tamaşası ilə açıb.

Tamaşaya gələn tamaşaçılar arasında görkəmli aktyor Xalq artisti, "Şöhrət" ordenli Rafiq Əzimov da iştirak edib.

Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlunun verdiyi məlumata əsasən tamaşadan əvvəl çıxış edən Rafiq Əzimov yeni mövsümün başlanması münasibətilə kollektivi və tamaşaçıları təbrik edib. Teatrda çalışan gənclərə dəyərli məsləhətlər verən Xalq artisti onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra aktyorlar səhnəyə dəvət olunub. İki personajın rol aldığı səhnə əsəri rejissorlar Ümid Abbas və Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunub.

Psixoloji dram janrında təqdim olunan tamaşanın qəhrəmanı uzun illərdir adada tənha yaşayır. Hər gün eyni əhvalatlardan, eyni xatirələrdən bezir və qərara gəlir ki, dünyada sağ qalmış insanları evinə qonaq çağırsın. Beləliklə, qapı döyülür və xəyali qonaqlar təşrif buyurur. Hər qonağa boş bir stul. Qonaqlar gəlməyə başlayır, çox gözlənilən əlahəzrət imperator da gəldikdən sonra, növbə Natiqdədir. O bizim qəhramanın çoxdan düşündüyü və heç kəsə demədiyi sözləri çatdırmalıdır. Natiq isə LALdır.

Gənc sənətçilər Mir Qabil Ələkbərov və Ümid Abbas tərəfindən təqdim olunan tamaşa tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və sonda tamaşa haqqında fikirlərini bölüşüblər.