hacklink Adalet.az | Azərbaycan daha bir mötəbər konfransa qatılır - Nur-Sultanda Adalet.az | Azərbaycan daha bir mötəbər konfransa qatılır - Nur-Sultanda Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan daha bir mötəbər konfransa qatılır - Nur-Sultanda

7443    |   2019-09-06 13:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cari il sentyabrın 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində "1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasina sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan Diplomatik konfrans keçiriləcək. Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunacaq.

Trend-in məlumatına görə, Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını və ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi adıçəkilən Protokol layihəsinin hazırlanmasında fəal iştirak etmiş, onun verdiyi təkliflər nəzərə alınmış, sənəddə müvafiq dəyişikliklər edilmişdir.

Diplomatik konfransa bir sıra dövlətlərin hökumət nümayəndə heyətləri, beynəlxalq və regional hökumətlərarası təşkilatların əməkdaşları, eyni zamanda əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər dəvət dəvət olunub.

Bu mötəbər beynəlxalq tədbirdə ölkəmizi Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.




İmza:

“Çelsi”nin transfer qadağası ləğv edilib

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

İstirahət günlərində gözlənilən hava proqnozu

Sabirabad-Saatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Bartomeu: Messi ilə bu haqda bir neçə dəfə danışmışam

Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar

Nüsrət Həbiblə döyüşmək istəyir

Əli Əhmədov : 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəl dəyişdirilir

Aeroport ərazisində 4 mindən artıq ağac əkilib

Turizm Bürosu : İlk mərhələdə 100-dən çox hotelə ulduz veriləcək

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK