Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ZAUR ƏHMƏD: Ədalət tələb etmişəm, mərhəmət əsla... Adalet.az | ZAUR ƏHMƏD: Ədalət tələb etmişəm, mərhəmət əsla... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

ZAUR ƏHMƏD: Ədalət tələb etmişəm, mərhəmət əsla...

7927    |   2019-09-07 10:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dostlar, əzizlər... Bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Bildiyiniz kimi, şəhid, qazi, döyüşçü məsələsində hər zaman həssas olmuşam. Özüm də şəhid övladı olduğumdan bu ailələrin hansı əziyyətləri çəkdiyini yaxşı bilirəm. Odur ki, bu ailələrlə bağlı hansısa problem olanda ilk reaksiya verənlərdən, məsələni ictimailəşdirənlərdən, həllinə nail olana qədər geri çəkilməyənlərdən olmuşam. Bundan sonra da bu yoldan çəkilməyəcəyimə əsla şübhəniz olmasın.

Amma bir neçə məqamla bağlı narahatlığımı ifadə etmək istəyirəm.

Birincisi, bəzən hansısa şəhid ailəsi ilə bağlı problem ortaya çıxır. Sosial şəbəkələrdə hansısa şəkil paylaşılır və böyük müzakirəyə səbəbə olur. Şəhid ailəsinə sahib çıxmaq, ona dəstək olmaq çox gözəl nümunədir və buna görə sevinirəm. Amma bir məsələ də var ki, bəzən kimlərsə bu kimi məqamlarda dövləti ittiham etmək üçün süni ajiotaj yaradırlar. Mən dövlətpərəst adamam, hakimiyyətpərəst yox ha, dövlətpərəst...

Şəhid ailələrinin problemləri yoxdurmu, əlbəttə var. Dövlət bu ailələrin hamısını kölgəsinin altına ala bilibmi? Təəssüf ki, yox... Lakin bu istiqamətdə görülən xeyli işlər var. Üzülərək qeyd edim ki, kimlərsə ortada olan problemi şişirdərək gündəm yaratmağa çalışır. Bəlkə də bir şəhid ailəsinin qapısını açmayan, bir şəhid məzarını ziyarət etməyənlər şəhid ailəsinin hüquqlarını qoruyan kimi çıxış edir. Təbii ki, bu fikirlərim hamıya aid deyil. Bir onu bilirəm ki, şəhid adını hər dəqiqəbaşı xırda məslələrədə hallandırma şəhidimizin ruhunu incidir. Ətrafımdakılardan da tələbim o olub ki, şəhid ailələrinə mərhəmətlə yanaşmayın. Bizim mərhəmətə ehtiyacımız yoxdur. Mənim fikrimcə, şəhid ailəsi olmaq Allahın bir lütfüdür. Ağır itkidir, amma bu adı şərəflə daşımaq lazımdır.

Bu günlərdə belə bir xəbər yayıldı ki, aprel döyüşlərində şəhid olan qəhrəmanlarımızdan birinin ailəsi Zərdabda ağır vəziyyətdə yaşayır. Hətta ailənin yaşadığı evin fotosunu çəkib sosial şəbəkələrdə yayıblar. Hamı da dövləti tənqid edir və sair. Dövlət şəhidinə, onun ailəsinə sahib çıxmalıdır, o heç.. Amma nə olar şəhid adını hər xırda şeyə görə hallandırmayın. Mən şəhid ailəsinin urvatsız hala salınmış obrazda göstərilməsini istəmirəm. Belə məqamlarda sui-istifadə halların olduğunu bilərək zərdablı şəhidimizin məsələsi ilə bağlı araşdırma apardım. Dedilər ki, məsələ nəzarətə götürülüb və səhv etmirəmsə, Heydər Əliyev Fondu tərəfindən həmin ailə üçün ev tikilir. İşlər hazırda yekunlaşmaqdadır. Nə gözəl. Əlbəttə, bu cür problemlərə daha tez reaksiya verilsəydi, daha gözəl olardı.

Digər bir məqam isə bir şəhid ailəsi üzvü kimi məni daha çox üzür. Heç kim məndən inciməsin. Şəhid adından hər addımbaşı istifadə edib nəsə tələb etməyi yanlış hesab edirəm. Düzdür, dövlət elə etməlidir ki, şəhid ailəsi qapılara düşməsin, nəsə tələb etməsin. Amma hər şeyin də bir qaydası olmalıdır. Mən şəhid ailələri tanıyıram ki, çox ağır durumda yaşayırlar, amma təəssüf ki, elə ailələr var ki, şəhid ailəsi kimi şərəfli bir ada uyğun olmayan tələblər edir. Şəxsən mənim üçün şəhid övladı adını daşımağımın heç bir maddi qarşılığı yoxdur, indiyə kimi də bu adla nəsə tələb etməmişəm. Ədalət tələb etmişəm, amma mərhəmət əsla...

Lütfən, şəhid adının nə qədər uca olduğunu unutmayaq.


İmza:

Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi

DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır

ÖMƏR FAİQ NEMANZADƏ QƏZET HAQQINDA

Nurəddin Xoca: Bozqurdlar

“Ordumuz ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir” - General-leytenant

Təmas xəttində növbəti monitorinq keçiriləcək

Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO

Vilayət Eyvazov: “Bu il cinayətlərin sayı azalıb”

Azərbaycanda verilən kreditlərin məbləği 13 milyard manatı keçib

Ombudsman Avropa Şurasının 70 illik yubileyinə həsr olunmuş konfransda iştirak edib

Bu şəxslərə akademiya təqaüdü veriləcək - YENİLƏNİB

“Rəşad Atakişiyev yüksək səviyyəli pilot olub” - Nazirdən mühüm açıqlamalar

SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK