adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Sentyabr 2019 12:59
10068
MƏMLƏKƏT
A- A+

STİB məcburi köçkün qəsəbələrində təlimlər keçir

Sosial Tərəqqi İctimai Birliyi (STİB) Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi"Genderə - həssas Dayanıqlı İnkişafMəqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması”layihəsi çərçivəsində Füzuli rayonunda "Qadınlara Gender Əsaslı İqtisadi Dəstək” layihəsinin I komponentinin icrasını davam etdirir.

2019-cu il avqust ayından 17 məcburi köçkün qəsəbələrində (11 Qayıdış qəsəbəsi, 1 Fin evləri qəsəbəsi və 5 Zobucuq qəsəbəsi) "Mühasibat uçotunun prinsipləri, İnvestisiya təhlili, Biznesin yaradılması və inkişafı”, "Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılması və risklərin idarə edilməsi” mövzusu əsasında təlimlərə başlanılıb və hazırda tədbirlər davam etdirilir.

Təlimlərdə Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin (KOB) Füzuli rayon üzrə nümayəndəsi Hafiz Sadıqov da iştirak edib. Təlimlərdə iştirakçılara mühasibat uçotunun aparılması, investisiya və biznes başlamasında əsas anlayışlar təqdim edilir və biznesə başlamaq üçün bütün hüquqi və texniki məlumatlar verilir.

Qadınlara sahibkarlıq və sahibkarlıq fəaliyyətinin qeydiyyat formaları, marketinqin əsasları və bazar araşdırmaları, məhsul növləri, qiymət və qiymətin müəyyən edilməsi, xərclərin hesablanması, biznes plan və onun hazırlanması mövzularına dair məlumatlar verilir.