Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Belə özbaşınalıq, biabırçılıq olmaz!" Adalet.az | "Belə özbaşınalıq, biabırçılıq olmaz!" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

"Belə özbaşınalıq, biabırçılıq olmaz!"

Qazilər nazirliyin və Oqtay Şirəliyevin evinin qarşısında etiraz aksiyası keçirəcəklər

5605    |   2019-09-06 12:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində (Eksprementalnı) 4 aya yaxındır ki, angioqrafiya və digər bu tipli aparatlar işləmədiyinə görə xəstələrimiz - Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranların əməliyyat üçün müraciətimiz cavabsız qalır və bu da ürək və digər damar əməliyyatlarının keçirilməsini mümkünsüz edir.

Bununla bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Qaziler.az-a deyib.

O, bildirib ki, mərkəzdə əməliyyat olunmaq üçün gözləyən xeyli sayda Qarabağ əlilləri var. "Biz mərkəzlə əlaqə saxladıq. Dedilər ki, hələlik aparatlar nasaz vəziyyətdə qalır. Bu isə o deməkdir ki, əməliyyat üçün növbədə olan Qarabağ əlilləri, şəhid ailələri, veteranlarının həyatı təhlükədədir. Axı ağır vəziyyətdə olan insanlarımız var ki, təcili əməliyyat olunmalıdır, lakin aparatlar işləmədiyinə görə onların həyatları risk altındadır. Aldığımız qeyri-dəqiq məlumata görə, bu səbəbdən hətta həyatını itirənlər var. Elmi Cərrahiyyə Mərkəzindən, onun rəhbərliyindən və kollektivindən narazı deyilik, onlarla problemimiz olmayıb. Amma belə də olmaz axı! Biz Səhiyyə nazirinə müraciət edirik: Bəsdirin! Belə özbaşınalıq, biabırçılıq olmaz! Təcili tədbir görülsün, nasaz avadanlıq təmir edilsin! Yaxın günlərdə problem həll olunmasa Qarabağ qaziləri əvvəlcə Səhiyyə nazirliyinin, sonra isə Səhiyyə naziri Oktay Şirəliyevin evinin qarşısında etiraz aksiyası keçirəcək. Bununla bağlı bir neçə təşkilatda müzakirələr gedir artıq. ”.



İmza:

Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

İlham Əliyev Musa Şəkiliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

39 nömrəli müntəzəm marşrut xəttinə yeni avtobuslar verilib - FOTO

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK