adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Sentyabr 2019 11:35
36228
DÜNYA
A- A+

Qırıcılar havada iki dəfə toqquşdu - Yerə sağ-salamat endilər

Rusiyanın Lipetsk vilayətində iki qırıcı toqquşub.

Bu barədəREN TVyazır.

Məlumata əsasən, iki "Su-34" çoxhədəfli qırıcı-bombardmançısı məşq uçuşu zamanı vizual kontaktı itirdiklərinə görə bir-birinə dəyib.

Aparıcı təyyarənin qanadı digər təyyarənin kabinasına dəyib. Təyyarələri döndərmək istədikdə isə onlar bir daha toqquşublar. Bu zaman onlardan birinin mühərrikinə qırıntılar düşüb.

Ciddi zədələrə baxmayaraq, hər iki qırıcı yerə endirilib. Xəsarət alan olmayıb.

Təyyarələrdən birinin kabinası, mühərriki və füzelyajı zədələnib. Digərinin radioelektron mübarizə kompleksinin əsas hissəsi ilə qanadının ucu qırılıb.

Qırıcı-bombardmançılar Rusiya Müdafiə Nazirliyinin Aviasiya Personalının Hazırlığı Mərkəzinə aiddir.(oxu.az)