Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil edilir Adalet.az | Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil edilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Əmək Məcəlləsinə “Ailə vəzifələri olan işçi” anlayışı daxil edilir

5456    |   2019-09-06 11:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə "Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə "Ailə vəzifələri olan işçi” anlayışı "himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir.

Bununla paralel olaraq Əmək Məcəlləsinin "Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı "ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.



İmza:

Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

İlham Əliyev Musa Şəkiliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

39 nömrəli müntəzəm marşrut xəttinə yeni avtobuslar verilib - FOTO

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK