Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Yeni Azərbaycan Partiyasında qanvermə aksiyası keçirilib - YENİLƏNİB Adalet.az | Yeni Azərbaycan Partiyasında qanvermə aksiyası keçirilib - YENİLƏNİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Yeni Azərbaycan Partiyasında qanvermə aksiyası keçirilib - YENİLƏNİB

6594    |   2019-09-06 11:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib.Partiyanın İcra Katibliyində təşkil olunan aksiyada Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri və Abşeron rayon təşkilatlarının üzvləri iştirak ediblər.

YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu aksiya partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verir. Bu aksiyanın məhərrəmlik ayına təsadüf etdiyini deyən S.Novruzovun sözlərinə görə, dini mərasimlər dövründə dindən kənar hərəkət etmək olmaz: "Kimsə aşura günü zəncir vurur, başını yarır, amma bunların heç biri olmaz, çünki Quran qadağan edir. Allah da buyurub ki, heç kəs öz bədəninə ziyan vura bilməz. Ona görə də, ən düzgün yol qan verməkdir. Aşura günü insanlar məscidlərə gedib qan versinlər”.

Bu təşəbbüsün əhəmiyyətini vurğulayan S.Novruzov deyib ki, aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən uşaqlara böyük yardım edəcək. Partiyamızın üzvlərinin aksiyada fəal iştirak etdiyini deyən S.Novruzov söyləyib ki, YAP bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir və belə aksiyalar gələcəkdə də davam edəcək.

Qanvermə aksiyasının humanist xarakterli tədbir olduğunu deyən YAP İcra katibinin müavini bildirib ki, partiyamızın üzvləri bu təşəbbüsləri ilə həm də nümunə göstərirlər. Müxalifət nümayəndələrini də bu aksiyaya dəvət edən S.Novruzovun sözlərinə görə, onlar indiyə qədər nə qanvermə, nə ağacəkmə, nə də digər xeyirxah tədbirlər keçirməyib, əksinə görülən müsbət işlərə kölgə salmağa çalışıblar, öz fəaliyyətlərini, söyüş, təhqir, böhtan üzərində qurublar.

Qeyd edək ki, qanvermə aksiyasında ümumilikdə 300 nəfər iştirak edib.



İmza:

Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

İlham Əliyev Musa Şəkiliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

39 nömrəli müntəzəm marşrut xəttinə yeni avtobuslar verilib - FOTO

Erməni tərəfi Qazax istiqamətində təxribat törədib

Azərbaycan və Rusiya gömrük orqanları arasında protokol imzalanıb

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK