adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Sentyabr 2019 10:55
11223
MƏMLƏKƏT
A- A+

Azərbaycana 28 milyon həşərat gətirildi - Altı aya

2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 59 ədəd diri at və safqanlı cins heyvan idxal olunub.

Oxu.Azstatistik göstəricilərə istinadən xəbər verir ki, eyni zamanda, ölkəyə1792 ədəd safqanlı iribuynuzlu ev heyvanları gətirilib.

Digər iribuynuzlu ev heyvanlarının sayı isə 36 424 ədəd təşkil edib.

Azərbaycana bu dövr ərzində 27 403 ədəd diri qoyun, 400 ədəd diri keçi, 12 ədəd diri qaz, 60 ədəd dovşan, 1 milyon 245 min 445 ədəd diri ev toyuğu, 12 ədəd diri qaz, 39 ədəd göyərçin, 16 ədəd primatidxal edilib.

Bununla yanaşı, idxal olunanlar sırasında arılar və həşəratlar da var. Belə ki, bu dövr ərzində Azərbaycana 12 min 18 ədəd arı, 28 milyon 311 min ədəd həşərat gətirilib.

Azərbaycana diri dekorativ balıqlar, alabalıqlar, karp da idxal edilib.