RUHUMUZUN ÜNVANI

ƏBÜLFƏT MƏDƏTOĞLU
43787 | 2013-05-08 00:29

Hər biryazı insanın, daha doğrusu, o yazının müəllifi ilə təkcə oxucunun təması deyil.Həm də müəllifin özünün özü ilə, ruhu ilə baş-başa qalmasıdır. Yəni ürəkdən,sifarişsiz-filansız "ya Allah" deyib qələmi götürüb ağ vərəqə sinəniboşaldanda təkcə özün, dünyan, əhatən gözəlləşmir, yüngülləşmir, həm də səninbu dünyaya baxışın, bu dünyanın sənə təsiri başqa bir məzmun alır. Elə bilirsənki, o yazını yazmağa başladığın ana qədər yaşadığın dünyanı tərk edib tamamayrı bir dünyaya getmisən, özgə bir dünyanın adamı olmusan. O dünyanın adınıhansı sözlə istəsən ifadə etmək mümkündür. Amma ən yaxşısı ruhların olduğuünvan adlandırsaq daha doğru olar. Çünki söhbət sənin ruhundan, sənin içindənsüzülüb gələn işıqdan gedirg

Mən bugirişdə elə-belə təsadüfdən işlətmədim "tapşırıqsız-filansız" sözünü.Adətən kiminsə xahişi və yaxud da rəhbərliyin göstərişi ilə o qədər basmaqəlibstandart yazılar yazılır ki, baxanda o yazının arxasında heç kimi görmürsən, oyazıda insan nəfəsini, qoxusunu duymursan, qısası o yazıda ruh olmur. Ammaürəyin hökmü ilə qəflətən özün-özünə çəkilib özün-özünlə pıçıladaşanda dünyayayazı gəlir: təzə, təmiz və bir az da kövrək, utancaq, məsumg Bu, əslindədünyaya gələn bir körpədi, müəllifin ürəyinin parası olan bir körpəg

O tarixdən21 il keçir. Elə belə götürəndə 21 il köhnə kişilərin sözü ilə bir igidinömrüdü. Doğrudu, indi igidliyin parametrləri də dəyişir, elə köhnə kişilərözləri də atsız qalıblar, piyada gəzirlər. Çünki yaxşı atları yaxşı kişilərvaxtında yəhərləyib igidliklərinin dalınca çıxıb getdilər, biz qaldıqg Və bizdə 21 ildir ki, Bakıda, Gəncədə, Şəkidə, Mingəçevirdə, Oğuzda. Qəbələdə, Qubada, daha nə bilim məmləkətin bir-birindəngözəl yerlərində oturub bütün məclislərin əvvəlində olmasa da, sonunda eynisözü deyirik, eyni badəni qaldırırıq. Hamısının da sözləri standart, vurğusuəldən düşmüş!..

Sözümüz buolur: "Gün o gün olsun ki, torpaqlarımız işğaldan azad olunsun! Şuşayabayraq sancaq! Şuşada toy edək! Şuşada ad günü keçirək! Şuşada muğam axşamlarıyayımlansın!.. və s. və ilaxırg

Hamımızdeyirik, hamımız da eşitdiyimiz o sözə, o arzuya yekdilliklə "Amin!"söyləyirkg Və hamımız da 21 ildi elə beləcə yaşayırıq danışa-danışa, eynisözləri təkrar edə-edə. Şuşadan 21 il bundan öncə bələkdə ölkənin müxtəlifgüşələrinə valideynləri ilə gəlmiş körpələr indi bilmirəm bizə gülür, yoxsaonlar da bizim kimi fikirləşir. Ammag

Bəli, bizbir həyat yaşayırıq Şuşasız həyatg Şuşa xatirələrimizə çevrilibg Şuşasöhbətlərimizin mövzusu olubg Şuşa yuxularımızın qonağıdıg "Şuşa"bəzilərimizin restoranıdı, şadlıq evidi,marketidig nə isə. Əsas odur ki, Şuşa hələ ki, söz! Ortalıqda gəzib dolaşansöz! Amma o sözü sənətə çevirən, o sözə ömür verən, o sözü tarixləşdirən qələmadamlarımız da var. Bu adamlar Şuşaya qiblə kimi baxırlar, Məkkə kimi baxırlarg Şuşanıürəkləri hesab edirlərg Şuşayla nəfəs alırlar, Şuşayla yaşayırlar.Həyatlarını da, olub-qalan çörək pullarını da Şuşanı tarixləşdirməyə, yaşatmağaçalışırlarg

Xeylivaxtdır bir kitabı mütaliə edirəm. O kitabı mənə son dərəcə səmimi və əziz olanbacım Flora Xəlilzadə bağışlayıb. Öncə onu deyim ki, Flora xanım sözün bütünmənalarında zəhmətkeş, qələmlə söz yaradan, qələmlə sözə nəfəs verən, eləruzisini də, yaşamaq həvəsini də o qələmdən çıxaran peşəkar, əməkdar jurnalist,gözəl publisist və şairdi. Bundan başqa Flora xanım sözün xridarıdı, sözü ələyəbilir, sözü qırx arşınlıq quyunun dibində də görür, sözü işığa çıxarır, sözəömür verir. Mən hər dəfə onun yazılarını oxuyanda fərqli bir nüansla, fərqlibir məqamla rastlaşıram. Görürəm ki, Flora xanım elə unudulmuşları axtarıbortaya çıxarıb təqdim edir ki, onların "sifarişçiləri" yoxdur.Onların bircə Allahı var. Flora xanım da müqəddəs məkanı ziyarət edib. Onun dabir Allahı var. Deməli o, Allahının iradəsini və bir də ürəyinin səsini qəbuledir, dinləyir. Onların iradəsi ilə, səsi ilə ruhunu oxucusuna göstərir vəoxucu da o ruhdan tutub Flora xanımın işarə verdiyi istiqamətə gedirg

"Ruhumuzun ünvanı Şuşa" mənim son günlərdə oxuduğummaraqlı kitablardan biridir. Bu kitab mənim üçün bir neçə anlamda maraqlıdır.Birinci, kitab Qarabağ bölgəsindən olan, Şuşaya bağlılığı ilə seçilən və Şuşanıtəqdim edən insanların həyatını, yaradıcılığını, taleyini açıb oxucularasöyləyir. İkincisi, bu kitabda böyük axtarışlar var, araşdırmalar var. Floraxanım saysız-hesabsız mənbələrin hesabına ortaya təkcə publisist yazısı yox,həm də Qarabağı sevən bir qələm adamının tarixi hekayətlərini qoyubdu.İstənilən tarixçi bu kitabdakı faktları yüz dəfə sağa-sola çevirsə də orda birqüsur tapa bilməz. Əksinə, özü üçün yeni bilgi əldə etmiş olar. Üçüncüsü, bukitabda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin bir parçasıolan Qarabağ, Şuşa səhifəsi açılır. Özü də bu insanların təkcə əsərləri,fəaliyyətləri yox, həm də şəxsi həyatları, düşüncələri, duyğuları, insani keyfiyyətləri,sevgiləri bir zərgər incəliyi ilə araşdırılıb yazıya köçürülübdür. Bütünbunların hamısına isə Flora Xəlilzadə öz ürəyini, öz ruhunu da hopdurubdu. Onagörə də bu kitabda istər Qasım bəy Zakirdən, istər Xurşud Banu Natəvandan,istər Firuddin Şuşinskidən, istər Nəvvabdan, istər səhnəmizin ilk peşəkaraktrisası olan Əzizə xanımdan, onun qızı Sona Hacıyevadan, istər bir nəslin ikiZülfüqarından, istər qələm ilə, yaradıcılığı ilə və şəxsi təması ilə Floraxanım üçün əziz olan, qəlbi Şuşa Təranəsi ilə və yaxud da Vasif Quliyevi iləbağlı hər bir yazı oxucunu düşündürür, oxucunu kövrəldir, oxucunu məcbur edirki, üzünü Şuşaya çevirsin, ruhunun ünvanını orda axtarsın!!!

Mən Floraxanımın bu kitabındakı hər bir yazı barəsində ürəyimdə olan sözləri öncəfərqli-fərqli məqalələrimdə ifadə etmək istədim. Amma gördüm ki, bütün yazılarıFlora xanım üzü Şuşaya oturub və yazıb. Və bütün yazılar Flora xanımın kövrəkqəlbinin şehində çimmiş Qarabağ bənövşələrinə bənzəyir, Şuşanın Xarı bülbülünüxatırladır. Ona görə də fikrimdən daşındım. Elə isti-isti ruhumun hökmü ilə,ruhumun məni çəkib apardığı və Şuşadan bəhs edən yazıların at oynatdığı Cüdürdüzünü xatırlayıb mən də bu balaca yazını ruhumun pıçıltısı kimi kağızaköçürdümg

Yazınıyazıb bitirəndən sonra birdən yadıma düşdü ki, bu gün (8 may) Şuşanın işğalıgünüdür. Ona görə də əlavə nə isə demək, nə isə yazmaq gücüm qalmadı. Çünkiindi bütün ruhlar Şuşanın başı üzərindədi.

Elə bununözü də göstərir ki, Flora xanımın kitabının adı olan ruhumuzun ünvanı təsadüfiseçilməyib. Bəli, Şuşa doğrudan da ruhumuzun ünvanıdır!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV