adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Sentyabr 2019 10:16
25565
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: TALEHİMİN ŞEİRİ

Yoxdu ümid, nə də şam
Çətin yanıb alışam...
Susub girinc qalmışam -
iki daş arasında...

Mən ki qır qalayıram,
Dərdi sırğalayıram...
Ömrü xırdalayıram -
Gözlə qaş arasında...

Gözüm gözünü anır
Gözün gözümdə sanır...
Bir quru çubuq yanır -
Bir qom yaş arasında...

Fikrə dalıb Əbülfət
Haqqın alıb Əbülfət..
Aslı qalıb Əbülfət -
Qəlblə baş arasında...