adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BİZ NƏDƏN RAZIYIQ, NƏDƏN NARAZI?..

BABƏK YUSİFOĞLU
64384 | 2013-05-08 00:28

Kim istəyirmənimlə razılaşsın, kim istəmir razılaşmasın. Bizim camaatı nədəsə razı salmaqgöydən ulduz qoparmaq kimi çox çətin bir işdi. Nə düzəltsən, nə yaratsan elədeyəcəklər ki, bunun burası niyə delədi?!. Qaranlıqda barmağının beşinidə dəşam eləyib önünə tutsan, üztünə bozaracaqlar ki, "çək əlini o yana, gözümüçıxardın".

Körpütikmirsən narazılıq eləyirlər ki, Avropa şəhərlərinin hamısında körpü var, ammabizdə yoxdu. Heyf döyül körpülü şəhər?.. Tikirsən, yenə bir əmma qoşurlar ki,bəs körpüyə trap qoyulmadığından damır. Guya körpü "zdaniya"dakıhamam-zaddı...g Körpüdən su damar da qardaş, pul dammaz ki?..

Yola asfaltsalırsan, sonra qazıb su xətti çəkirsənki, binaların camaatı susuz qalmasın, deyirlər yol qazıldı. Bəhanələrini kəsməküçün təsəzədn asfaltlayırsan haray-həşir çıxarırlar, ay aman, bəs telefon xətləriçəkilməyib. Yenə qazırsan və hər ehtimala qarşı tay asfaltlamırsan ki,bəlkə yenə hansısa xətt çəkmək lazım gələ bilər. Onda da deyirlər ki, yoluqazdlar, sonra yerini doldurmadılar. Filankəs də yıxıldı, beyin silkələnməsioldu.

Tarixibinaya yaxın getmirsən, YUNESKO-ya hərə bir məktub yazır ki, tarix əldən getdi.Söküb təzədən tikirsən, yenə özlərinə əl qatırlar ki, qoymayın tarixsaxtalaşdırılır. İndi neyləyəsən?.. Tarixi binadedim, yadıma Qız qalası ilə bağlı bir məsələ düşdü. O gün eşitmişəm ki,özlərini yüksəklikdən ataraq öldürmək istəyənlər narazılıq eləyiblər ki,qalanın lap yuxarısında, aşağaya doğru dəmir tor çəkildiyindən onlar öz işlərini öldürə bilmirlər. Guya onlarçün Qızqalasının lap kəlləsində tramplin-zad düzəldilməliydi...g

Görürsünüzdə bizimkilərinki lap şələni qoy yerə, gəl dalaşaqdı ey. Yaxınlıqdakı binadabir qonşumuz var, yol qəzası keçirdiyi üçün bir ayağını dizdən aşağı itirib. Qınanılası olmasa da vallah,salam veriləsi döyüldü. O dəqiqəbaşlayırdı həkim ekspert komissiyasınıyaş yuyub, quru sərməyə. Deyirdi ki, oradakı həkim komissiyası hər il məniyoxlamağa çağırır. "Az qalıb ki, şikəst olduğumu təsdiqləmək üçün "JEK"dən, su idarəsindən arayış,qonşuların hər birindən mənidükan-bazarda çəliklə gəzdiyimi gördükləri haqda izahatlaristəsinlər".

Bütünbunlara görə, qonşu məni də qısnamışdı ki, bunları qəzetə yaz, özü də mən deyənkimi yaz, qoy ürəyimdən tikan çıxsın. Mənim də gücüm ona çatırdı ki,"gələn həftə" deyə-deyə vaxtı uzadım. Amma heç kim məni belə hərəkətimə görə qınamasın. Çünki elə-belədeyil, o, hirsindən elə şeyləriyazmağımı istəyirdi ki, Həzrət Abbas haqqı, ən "prostoy" cümləsinəgörə adamı məhkəməlik eləyərlər. Məndemirəm, siz deyin, kim axı bir tikanın çıxmasından ötrü özünü əngələ salar?Doğrusu, axır zamanlar qonşuyla rastlaşmamaq üçün yollar axtarırdım. Neyləməkolar, ayağının birini itirən adamdı, üzünə baxıb axı necə "yox"deyəcəksən?..

Amma heçgözləmədiyim halda bu problemdən canım qurtuldu. Sağ olsun, Qəribbəyi, bir dəlent.az-ın xəbər saytını. O gün işimə yarayacaq bir məlumat vermişdi. Hər ikiqolu dirsəkdən aşağı olmayan, lakin fəal ictimai həyat yaşayan bir qazağıstanlırəssam - Qəribbəy Kuyov (O, rəsmləri fırçanı dişləri, yaxud ayaq barmaqları ilətutub çəkir). Şotlandiyada antinüvə konfransına qatılmaq istəyib. Və bu zamanfiziki durumunu da təqdim etdiyi ərizədə göstərib. Ancaq bu ölkəyə getməsi üçün Britaniya konsulluğu ondan barmaq izləritələb edərək yenidən ərizə yazmasını istəyib. O yazıq da barmağı haradan alabilərdi ki, hələ izini də konsulluğagöndərsin. Və bu tələbə görə də o, konfransa gedə bilməyib. YazıqQəribbəy...g

Mən də buxəbəri on-on beş nüsxə çoxaldıb hər ehtimala qarşı hər cibimə ikisini qoymuşamvə "postayannı" özümləgəzdirirəm ki, qonşu mənə rast gələndəağzını açmağa imkan vermədən həmin nüsxələri ona çatdırım. Qoy özgözləri ilə görsün ki, bu əl-ayaq məsələsi onun düşündüyü kimi asan iş döyül.Böyük Britaniya kimi bir ölkə əllərinin ikisi də olmayan bir adamdan barmağıyox, lap izini istəyirsə bizdə niyə ayağın olmadığını hər il yoxlamasınlar?

Əslində yüzfaiz bilirəm, belə əlillərdən hər il gəlməsini istəməsəydilər, onda danarazılıq eləyəcəklər ki, komissiya bizdən birdəfəlik canını qurtarmaq istəyir.İndi gəl, bu camaatı nədəsə razı sal.İnandırım ki, işdi-şayəd, razı sala bilsən, onda da razı qaldıqlarındannarazılıq eləyəcəklər...

BABƏK YUSİFOĞLU

[email protected]

babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV