adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

TÜRK DÜNYASININ BÖYÜK KİŞİLƏRİNDƏN BİRİ ÖLDÜ - Aqil Abbas yazır

14850 | 2019-09-05 15:35

Abbas əminin çox titulları vardı. Bütünqəzetlərdə var, oxuya bilərsiniz. Abbas əminin əslində birtitulu vardı: Şair idi və Kişi oğluKişi idi.

Təkcə böyük bir nəslin – Acalovlar nəslinindeyil, elə biz yazarlarında ağsaqqalı idi.

Heç kimlə mübahisə etmək istəmirəm,özünün söhbətinə əsaslanıb yazıram. Abbasəmi əslən qarabağlıydı. Bu nəsil Nadir şahın vaxtında Gürcüstana köçürülənqarabağlılardan idi.

Bu nəsli şöhrətləndirən məşhur qaçaq Acalolmuşdu ki, onun haqqında Gürcüstanda vəQazax bölgəsində rəvayətlər hələ də canlıdı.

Abbas əmi deyirdi ki, əslinəqalsa onların familiyası Hacıbəyovdu və Üzeyirbəylə eyni nəsildəndirlər. Sadəcə olaraq, Sovet hökumətigələndə «bəylini» atıblar,qalıb «Hacı», gürcülər də «Hacı» sözünüöz dillərinə uyğunlaşdırıb Acal yazıblar.

Bir dəfə İstanbulda konsulluqdadərdləşirdik. Dedi ki, tarixin ironiyasınabax.

- İbrahim xanın İstanbulda Osmanlısultanının yanındakı nümayəndəsiSeyid Əli olub ki, Qacar 1797-ci ildəŞuşada cəmi altı nəfərin ölümünəfərman verib, onun biri də Seyid Əli olub. Özü də deyib ki, Seyid olduğuna görə qanını tökməyin, boğun öldürün.Həmin Seyid Əli də Yusif Vəzir Çəmənzəminlinin ulu babasıdı.1918-ci ildə Azərbaycan cümhuriyyətiqurulanda Yusif Vəzir də İstanbula Azərbaycanınsəfiri göndərildi. Onun da taleyini bilirsən. İndi taleyə bax, mən də o nəsildənəm,Azərbaycan müstəqilliyini qazanıbvə məni, həmin nəslin nümayəndəsini, İstanbula konsul göndəriblər. Görən, mənim taleyim necə olacaq?

O vaxt Azərbaycan konsulluğu Taksimdə Qalatasaray litseyinin yanındaydı. Əsrin əvvəllərindəisə Azərbaycan səfirliyi Sultan Əhməd tərəfdəolmuşdu. Çox çalışırdı və arzulayırdı ki,konsulluğu həmin binaya köçürtsün. Amma gücüçatmadı. Qapısı da İstanbulda təhsil alanuşaqların üzünə həmişəaçıq idi. Nə vaxt gedirdin yanında hərəsinin öz dərdiolan tələbələri görərdin.

Hərdən görüşərdik. Soruşanda ki, Abbas əmi, necəsən,qayıdardı ki, mən də yaşayıram. Əgər bunun adına yaşamaq deyirlərsə!

Zarafatından qalmazdı, üzündən də gülüş əskik olmazdı. Amma gözlərinin içində gülüş görmədim.

Vaqif Bayatlı Səttar Bəhlulzadəyəhəsr etdiyi bir şeirdə deyir:

Ölsəydi

bu dünyanın qara torpaqları

doldurammazdı

onun üz qırışlarını.

Ölmədi

su kimi çəkilib

torpağa çökdü.

İndi Abbas əmi ölmədi, su kimi torpağa çəkildi.

Və sonda Abbas əminin bir zarafatı

1996-cı ildi. Atatürk hava limanından bizi yola salır. Uşaqlar da yanımdadı. Birdən Tuncaya qayıtdı ki:

- De görüm, əmin sənənə alsın?

Tuncay:

- Abbas əmi, bu aeroportu al mənə.

Möhkəm güldü, dedi:

- Ə, köpəyoğlu, bu aeroportu almağa Abbas əmiyin g… çatmaz.Gəl gedək sənə bir az konfetdən-şokoladdanalım.

Kəpənəkçidən bir kəpənək də uçdu göylərə…

TƏQVİM / ARXİV