hacklink Adalet.az | Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb Adalet.az | Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 251 evin inşası başa çatıb

6640    |   2019-09-05 15:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu il fevralın 5 -də Şamaxı, Ağsu və İsmayıllıda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı yaradılan komissiyaya 10 min 649 müraciət daxil olub.

Adalet.az-ın məlumatına görə, bunu bu gün Şamaxı rayonunda Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadə deyib.

Onun sözlərinə görə, daxil olan müraciətlərin 10 min 608-nə baxılıb: "Bəzi evlərdə yaşayış olmadığı üçün həmin evlərə baxış keçirilməyib. Komissiya regionda 547 fərdi yaşayış evini qəzalı hesab edib. Onlardan 251-nin tikintisi başa çatıb, digər yaşayış evlərinin isə tikintisi aparılır. Bundan başqa, Şamaxıda 20, 44, 110 mənzilli yaşayış binaları tikilir. Bunlardan 20 və 44 mənzili olan iki binanın tikintisi sentyabrın sonunda başa çatacaq".

H.Qasımzadə deyib ki, komissiya 2 192 fərdi yaşayış evinin bərpaya ehtiyac olduğunu müəyyən edib: "1 339 fərdi yaşayış evində bərpa işləri aparılır, bunlardan 449-u tamamlanıb. İşlər Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun "Regionların İnkişafı" İctimai Birliyinin dəstəyilə aparılır. Texniki qruplar mütəmadi olaraq hər 3 rayonda evlərin keyfiyyətli tikintisinə nəzarət edirlər. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb".



İmza:

“Çelsi”nin transfer qadağası ləğv edilib

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

İstirahət günlərində gözlənilən hava proqnozu

Sabirabad-Saatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Bartomeu: Messi ilə bu haqda bir neçə dəfə danışmışam

Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar

Nüsrət Həbiblə döyüşmək istəyir

Əli Əhmədov : 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəl dəyişdirilir

Aeroport ərazisində 4 mindən artıq ağac əkilib

Turizm Bürosu : İlk mərhələdə 100-dən çox hotelə ulduz veriləcək

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK