adalet.az header logo
  • Bakı 13°C
06 Sentyabr 2019 08:30
30543
ƏDƏBİYYAT
A- A+

İradə Tuncaydan paylaşım: Özü mənə də gülə -gülə danışırdı bunu

Özü mənə də gülə -gülə danışırdı bunu. "Babanı görmüşəmee,atan da bunu poemaya salıb. Ağzı ləyən Abbas,güləyən Abbas..." Uşaqlıq xatirələrim uçur gedir... O da getdi...


" Burda təmənləşdik, 
Elə burdaca. 
Yadında qalmışdı: 
Boyu balaca, 
Ağzı ləyən Abbas, 
Güləyən Abbas. 

Gözündə həmişə bir yanğı vardı, 
Bəlkə də o, çaxmaq daşı olardı, 
Adam olmasaydı, 
Eh, Allah bilir... 

İndi çaxmaqlıq da, daşlıq da birdir. 
Hər səsdən ayılmır indi cavanlar, 
Yaman bu yerlərdən döndü cavanlar...” 

Yadında qalmışdı ala-bulaca: 
Boyu balaca - 
Müşdüyü verəndə nə isə dedi: 
Yadında qalanı bu sözlər idi: 
"Bizi xatırlarsan hər çəkəndə sən. 
Amma tüstüsünü dağa pülərsən! 
(Özü də havanı iyləyir kimi, 
Buluda, neyəmi söz deyir kimi, 
Qanrılar, tüstünü göyə üfürər - 
Dalınca baxardı itənə qədər.) 

Bizlər çəkilmişik o dağ başına, 
Dünyanın əlçatmaz, uzaq başına... 
Kefimiz bizimdir, dərdimiz sizin, 
Vallah, itinizin, pişiyinizin 
Qədrini bilin ki, vəfalıdırlar. 


Yenə bərk ayaqda siznən qalırlar...” 
Sonra güləyənin gözləri dolmuş, 
Deyən, dediyinə peşiman olmuş. 
Oyanmış qocanın mürgülü dərdi. 

Quru pambıq kimi yana bilərdi 
İlıq göz yaşından, isti nəfəsdən: 
Gülüb, göz yaşını gizlətdi qəsdən. 
Guya ömrü boyu belə şən imiş, 

Elə göz yaşı da gülüşdən imiş. 
Götürüb müşdüyü pərdiyə taxdı, 
Daxmada o yana-bu yana baxdı. 
Əlini ha sürtdü palçıq divara 
Bir şey tapmadı ki, əvəz qaytara. 
İndi düşünəndə hardadı müşdük - 
Dəc soğan kərdisi yadına düşdü. 
"Gərək nə vardısa-yığa, quruda, 
Payız güləyənə bir sovqat tuta”.


Məmməd Araz "Atamın kitabı"