adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Sentyabr 2019 13:03
19239
SİYASƏT
A- A+

Sular Qurultayda durulacaq - KXCP-da nə baş verir?

Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) ciddi qalmaqal yaşanması ilə bağlı məlumatlar yayılıb. KXCP üzvü Oqtay Güləliyev sosial şəbəkədə partiyanın avqustun 26-da keçirilən Ali Məclisin sessiyasında dava-dalaş düşdüyünü bildirib.

Adalet.az xəbər verir ki, onun məlumatlarına görə, partiya sədri Mirmahmud Mirəlioğlunun gətirdiyi adamlar Ali Məclis üzvü Nisəxanım Vəliyevanı təhqir edib, ona hücum çəkiblər. Partiya üzvü Nisəxanım Vəliyeva iddia edir ki, Ali Məclisin sessiyasında onu təhqir edib, üstünə hücum çəkiblər.

Bəzi məlumatlarda isə deyilir ki, bütün bunlar KXCP-də sədrlik uğrunda gedən mübarizədən qaynaqlanır. Problemin kökündə məhz bu məsələ dayanır. Oqtay Güləliyev Mirmahmud Mirəlioğlunu sədrlikdən uzaqlaşdırıb özü sədr olmağa çalışır. Bunun üçün uzun müddətdir adıçəkilən şəxslər arasında gərgin münasibətlər hökm sürür. O.Güləliyevin sosial şəbəkədə və mediada KXCP sədrinə qarşı hücumları genişləndirdiyi, bu prosesə özünün tərəfdarlarını da cəlb etdiyi müşahidə olunur. Eyni zamanda iddia edilir ki, hələ də Milli Şurada qalan O.Güləliyevi AXCP sədri Əli Kərimli dəstəkləyir. Əli Kərimli köhnə "düşməni” M.Mirəlioğlunu O.Güləliyevin əli ilə KXCP sədrliyindən kənarlaşdırmağa və KXCP-ni Milli Şuraya gətirməyə çalışır.

Məsələ ilə bağlı KXCP partiyasının sədri Mirmahmud Mirəlioğlunun özündən açıqlama almağa çalışdıq. Bu məsələlərlə bağlı danışmaq istəmədiyini deyən Mirmahmud Mirəlioğlu Qurultayı gözlədiyini bildirib.