adalet.az header logo
  • Bakı 20°C
05 Sentyabr 2019 10:39
9133
HADİSƏ
A- A+

Qaradağda doqquzmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 110 m² olan 4 otaqlı mənzilin mətbəxində 10 m² sahədə ev əşyaları yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.