adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Sentyabr 2019 09:29
16785
SİYASƏT
A- A+

“Kimin əlinin kimin cibindən çıxdığı hər kəsə bəllidir…” – DEPUTAT SƏRT DANIŞDI

Vətənə xidmət zəhmətlə, işlə ölçülülür. Müxalifət liderlərinin əksəriyyəti isə uzun illərdir heç bir faydalı əməklə məşğul olmurlar, xaricdən aldıqları vəsaitlər hesabına yaxşıca dolanırlar.

Bunu millət vəkili Tahir Rzayev deyib.

"Belə olan halda, onların kimlərə xidmət etdiyi hamıya yaxşı məlumdur. Kimin əlinin-kimin cibindən çıxdığı hər kəsə bəllidir”-deyən millət vəkili radikal müxalifətin və xaricdəki "söyüş müxalifəti”nin məhz qulluğunda dayandıqları, maliyyə aldıqların dairələrin sifarişi ilə hərəkət etdiklərini, onların əlində Azərbaycan qarşı təzyiq aləti kimi istifadə edilməyə çalışıldığını və istifadə olunduğunu sözlərinə əlavə edib.

Bildirib ki, nə qədər ki, gec deyil, həmin şəxslər, müxalif liderlər və onların az sayda olan üzvləri öz əməllərinə son qoysunlar, səhvlərini, xətalarını etiraf etsinlər, Azərbaycan xalqından və dövlətindən bağışlanılmaq, əfv edilmək üçün üzr istəsinlər.

"Xalqımız, dövlətimiz müdrikdir, əfv edəndir, bağışlayandır. Çünki əfv etmək, bağışlamak böyüklərin, müdriklərin işi, böyüklüyün, müdrikliyin göstəricisidir. Azərbaycan xalqı və dövləti də onları bu şərtlər daxilində əfv edə, bağışlaya bilər.

Yox, əgər, kor atı minib yenə də köndələn çapmaqda davam edərlərsə, antiAzərbaycan dairələrinin ölkəmizə qarşı təzyiq aləti, onların maşası olmaqdan vaz keçməzlərsə, təxribatçılıq, fintəkarlıq əməllərinə son qoymzalarsa, o zaman özlərini daha rəzil-rüsvay etmiş olarlar, olacaqlar, siyasi intihar, siyasi uçurum həddinə çatarlar və çatacaqlar.

Çünki bu kimi qanunsuz əməllərin, antikonstitusion davranışların, addımların sonu yoxdur, ola bilməz və olmayacaq. Bir an özlərinə gəlsinlər, ayılsınlar və düz yola qayıtsınlar. Onsuz da yel qayadan heç nə apara bilməz və bilməyəcək. Azərbaycan güclüdür, qüdrətlidir, inamlıdır, vüqarlıdır, onun İlham Əliyev kimi lideri var və bu liderin rəhbərliyi ilə də hələ neçə-neçə zəfərinə, qələbəsinə, uğuruna imza atacaq…”-deyə, millət vəkili sözlərinə əlavə edib.