Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır Adalet.az | Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Azərbaycan kartofunun ixrac coğrafiyası İraqa qədər uzanır

3564    |   2019-09-05 09:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda yetişdirilən kartofun bu il 8 ölkəyə ixracı həyata keçirilib. Bu barədə özəl olaraq Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan bu il Belarusa 120,3 ton, Gürcüstana 2821,7 ton, Moldovaya 199,3 ton, Qazaxıstana 59 ton, Rusiyaya 55 min 786,8 ton, Türkmənistana 62 ton, İraqa 23,3 ton, Ukraynaya isə 2 483,2 ton yerli kartof göndərib.

Bununla yanaşı, bu il Azərbaycan Almaniyadan 440 ton, Fransadan 0,6 ton, Belarusdan 391,7 ton, Gürcüstandan 2759,2 ton Niderlanddan 388,9 ton, Pakistandan 8352,7 ton, Rusiyadan 43176,6 ton, Türkiyədən 171,7 ton, Ukraynadan 181,5 ton, İrandan isə 359 666,6 ton kartof idxal edib.

Məlumata görə, ümumilikdə bu il Azərbaycana xaricdən 23 milyon 976 min ABŞ dolları məbləğində 91 830,3 min ton kartof idxal edilib. Nazirlikdən onu da əlavə ediblər ki, kartof ixracı və idxalı ilə bağlı ölkə üzrə statistika mövsümdən asılı olaraq dəyişir. Ölkədə əkilən kartofa gəlincə isə, əsasən yerli toxumdan istifadə ediliyi vurğulanib:

"Ümumiyyətlə Azərbaycanda bu il kartof istehsalı artıb. Belə ki, 2019-cu ilin yanvar-iyul aylarında 34 min hektar sahədən 576,3 ton kartof yığılıb. Bu isə əkilən ümumi sahənin 60,1 faizinin yığılması deməkdir. Hazırda isə kartof yığımı hələ davam edir. 2019-cu ilin yanvar-iyul ayında kartof yığımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz, sahəyə düşən məhsuldarlıq isə 7 faiz artıb".

Qeyd edək ki, müstəqillik əldə olunandan sonra respublikada 1996-cı ilədək kartofun əkin sahəsi və istehsalı azalıb, sonra tədricən artmışdır. Sonrakı illərdə ən çox kartof əkini 2008-ci ildə 71,2 min hektar sahədə aparılıb və 1037,3 ton məhsul istehsal edilib.

Azərbaycanda kartofun orta tez yetişən "Nevski”, "Oqanyol”, "Laymdots”, "Əmiri-600”, "Sevinc” sortları yetişdirilir. Bütün bölgələrdə il ərzində bir neçə dəfə yetişdirilən kartof məhsulu daha çox Tovuz-Gədəbəy, Astara-Lerik və Quba-Qusar rayonlarında becərilir və yüksək məhsul verir.




İmza:

Nazir müavini: 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK