«Özüm ölüm, dəlixanadı. Ölkədə orta təhsil icbaridi, ancaq reallıqda valideynlər Bakı şəhər Təhsil İdarəsini məcbur edirlər ki, övladları məktəblərə götürülsün.
Siz də gələcəkdən, çiçəklənmədən, romantik xəyallardan dəm vurursunuz. Təhsilə bu cür münasibət olan ölkənin gələcəyindən də, çiçəklənməsindən də, gücündən də danışmağa dəyməz».