adalet.az header logo
  • Bakı 11°C
04 Sentyabr 2019 15:01
25200
İDMAN
A- A+

FOQTS DEYƏSƏN HARDASA İT DÖYÜR

Axtarıb-arayıb hardansa Azərbaycan çempionatından zəif olan Moldova çempionatından bir Bordin tapdılar, gətirdilər bəh-bəhlə «Neftçi»yə baş məşqçi. O da pampersini batırdı. İndi oxuyuram ki, Yunanıstanın hansısa məşhur komandalarından biri, deyəsən adı «Appolon»du, ona minnətçi düşüb ki, gəl bizə. Belə nağılları çox oxumuşuq. Bir Foqtsumuz vardı ey, guya kişi dünya lideriydi, milli komandamızı pis günə qoyub getdi. Elə orda-burda müsahibə verirdi ki, guya onu «Barselona» çağırır, «Real» çağırır, «Yuventus» çağırır, nə bilim İngiltərənin milli komandası çağırır, amma bizi sevdiyindən getmək istəmir. Yəni qaraçı filan yerini təriflədiyi kimi, özünü qaldırıb qoymuşdu göyün başına.

İndi hardasa it döyür.

Bordin, saa qurban olum, get «Appolona». Sən dədəyin göru, get «Appolona». Qoy «Neftçi»yə bu komanda üçün ağlayan bir milli məşqçimiz gəlsin.

İstəyirsən «Appolona» getmək üçün bir məclis təşkil elə, gələk ora pul yazdıraq.