adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Sentyabr 2019 14:02
9834
MƏMLƏKƏT
A- A+

Naxçıvanda ixrac 2 dəfə artıb - 6 ayda 221 milyon dollar

2019-cu ilin yanvar-iyul aylarında muxtar respublikada 253 milyon 361 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb ki, bunun da 221 milyon 587 min 800 ABŞ dolları ixracın, 31 milyon 773 min 200 ABŞ dolları isə idxalın payına düşüb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, cari ilin yanvar-iyul aylarında ixracın dəyəri 2010-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 2,4 dəfə artıb. Bu da, öz növbəsində, dinamik inkişafı xarakterizə edən mühüm göstəricidir. 2019-cu ilin yanvar-iyul aylarında ixracın 76 faizini və ya 168 milyon 483 min 900 ABŞ dollarını sənaye məhsulları, 24 faizini və ya 53 milyon 103 min 900 ABŞ dollarını isə kənd təsərrüfatı məhsulları təşkil edib.