hacklink Adalet.az | Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək Adalet.az | Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək

6223    |   2019-09-04 13:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Jurnalistlər üçün istifadəyə verilən ikinci binada yaşayanlara yaxın müddətdə "kupça”lar veriləcək.

Bunu özəl olaraq Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün inşa olunmuş 2-ci binadakı mənzillərin xidməti ev kimi olması ilə bağlı fikirlərinin səhv anlaşılmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu binalardakı mənzillər dövlətin əmlakıdır:

"Müsahibədə mən bu evlərin xidməti evlər kimi olduğunu demişəm. "Xidməti ev" və "xidməti ev kimi" ifadələri bir-birindən fərqlənir. Xidməti evə görə order, sənəd verildikdə, həmin mənzilin xidməti ev olduğu qeyd edilir. Lakin Fondun Müşahidə Şurasının qərarı, Prezident Administrasiyasının töhfəsi ilə o evlər jurnalistlərə verilib. Avqustun 8-də biz binanın istismara qəbul edilməsi ilə bağlı dövlət aktını almışıq. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə sənədləşmələrlə bağlı işlər aparılır. Birinci bina üçün də prosedurlar belə olub. Bu bina hələ dövlətin balansındadır və dövlətin əmlakıdır”.

V.Səfərli həmin mənzillərin jurnalistlərdən geri alınacağı ilə bağlı narahatlığın olmadığını da söyləyib:

"Yazırlar ki, bu mənzillər xidməti ev olduğu üçün onları istənilən zaman jurnalistlərdən geri ala bilərlər. Xeyr, bu, xidməti ev deyil. Bu mənzillər hazırda xidməti ev kimidir və yaxın müddətdə mənzil sahiblərinə "kupça”lar veriləcək. Heç bir ev geri qaytarıla bilməz. Bu, Prezidentin jurnalistlərə hədiyyəsidir”.




İmza:

“Çelsi”nin transfer qadağası ləğv edilib

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

İstirahət günlərində gözlənilən hava proqnozu

Sabirabad-Saatlı avtomobil yolunun kənarlarına minlərlə ağac əkilib

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri ağacəkmə aksiyasında iştirak ediblər

Bartomeu: Messi ilə bu haqda bir neçə dəfə danışmışam

Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar

Nüsrət Həbiblə döyüşmək istəyir

Əli Əhmədov : 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi

Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəl dəyişdirilir

Aeroport ərazisində 4 mindən artıq ağac əkilib

Turizm Bürosu : İlk mərhələdə 100-dən çox hotelə ulduz veriləcək

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK