adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Sentyabr 2019 12:49
12892
HADİSƏ
A- A+

Bakıya işləmək üçün gələn 17 yaşlı oğlan itkin düşdü

Evdən iş adı ilə gedən gənc oğlan iki aydır yoxa çıxıb.

Trend-in məlumatına görə, Siyəzən rayon Yenikənd sakini 2002-ci il təvəllüdlü Fərzəliyev Əlikram İslam oğlu iki aydır axtarışdadır.

Gəncin atası İslam Fərzəliyevin Trend-ə veridyi məlumata görə, oğlu iyul ayının 15-i yaşadığı evdən işləmək adı ilə çıxıb. İ.Fərzəliyev telefonla Ə.Fərzəliyevlə ilə əlaqə saxladıqda o, Bakıda avtoyuma məntəqəsində işə düzəldiyini söyləyib.

Bir müddət sonra yenidən oğlu ilə əlaqə saxlamaq istəyən ata buna nail ola bilməyib, belə ki, gəncin telefonu qapalı olub. Həmin gündən Ə.Fərzəliyevdən xəbər yoxdur. İtkin düşən şəxsin atası qeyd edib ki, oğlu ikinci dəfə yoxa çıxır.

Ə.Fərzəliyevin yaxınları məsələ ilə bağlı polisə də müraciət ediblər.